fbpx
Close

İMMUNNEO (İmmunitet artırıcı şərbət)

TƏRKİBİ: Exinaseya kökününün, Şirin biyan kökünün, İtburnu meyvəsninin, Eleuterokok kökünün, qızılçətir otunun, limon meyvəsinin duru ekstraktları, bal, şəkər şərbəti, natrium benzoat.

FARMAKOLOJİ TƏSİRİ: Siropun tərkibinə daxil olan bitkilər endogen interferonun sintezini və leykositlərin faqositar qabiliyyətini sürətləndirərək orqanizmin immunitetini yüksəldir və xəstəliklə qarşı müqavimətini artırır. Bitgilərin tərkibindəki minerallar və polivitaminlər hesabına avitaminozu aradan qaldırır. Antibakterial, antivirus və antifunqal təsir göstərir. Böyrəküstü vəzi stimulyasiya edərək kortikosteroidlərin sinezini artırmaq yolu ilə iltihab əleyhinə təsir edir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞ: İmmundefsit hallar, qripin müalicə və profilaktikası,tənəffüs yollarının ilthabi xəstəlikləri, soyuqdəymə,antibiotiklərlə müalicə, şüa terapiyasından sonrakı dövr, intoksikasiyalar, digər xroniki xəstəliklərin kəskinləşməsinin qarşısını almaq məqsədi ilə.

ƏKS ĞÖSTƏRİŞ: Şərbətin tərkibindəki bitgilərə qarşı fərdi həssaslıq. Şəkərli diabetli xəstələrin istifadədən əvvəl həkimlə məsləhətləşməsi tövsiyyə olunur.

İSTİFADƏ QAYDASI:

0-1 yaş uşaqlarda 2,5 ml (yarım çay qaşığı) gündə 2 dəfə

1-4 yaş uşaqlarda 5 ml (1.ç.q ) gündə 2 dəfə

4-7 yaş uşaqlarda 10 ml (2 ç.q) gündə 2 dəfə

7-12 yaş uşaqlarda 15 ml (1 x.q)

12 yaşdan yuxarı uşaqlar və böyüklər 1-2 xörək qaşığı (30 ml) gündə 2 dəfə yeməkdən 30 dəqiqə əvvəl

Buraxılış forması: Şüşə flakonlarda 100 ml.

Description

İmmunneo.

Xəstəliklərlə mübarizədə immun sistemini gücləndirən təbii vasitələrə hər zaman ehtiyac duyuruq. Bu vasitələrdən biri də Herba Flora şirkətinin istehsal etdiyi İmmunneo şərbətidir. İmmunneo şərbəti immun sistemin fəaliyyətini artırır, immuniteti yüksəldir, orqanizmin xəstəliklərə qarşı müqavimətini möhkəmləndirir. İmmunneo şərbəti exinaseya, şirin biyan, itburnu, eleuterokok, zəncəfil, qızılçətir otunun, limon meyvəsinin duru ekstraktları balla zəngindir. İmmunneo şərbətinin tərkibindəki exinaseya interferon sintezini artırır, leykositlərin miqdarını artıraraq mikroblara qarşı orqanizmin müdafiə qabiliyyətini yüksəldir. Şirin biyan soyuqdəymə zamanı iltihab əleyhinə təsir edir.

İtburnu, qızılçətir, eleuterokok, zəncəfil və digər bitkilərin təsirilə maddələr mübadiləsi sürətlənir, tərkibindəki mineral maddələr və vitaminlər sayəsində avitaminozu aradan qaldırır və beləliklə orqanizmin immun qabiliyyəti yüksəlir. İmmunneo şərbəti immundefisit vəziyyətlərdə, avitaminozlarda, hipovitaminozlarda, iştahasızlıqda, zəif qidalanmada və tez-tez xəstələnmə hallarında çox faydalıdır. Demək olar ki, İmmunneo şərbəti immun fəaliyyəti yüksəltmək üşün olan bütün vasitələrin içərisində ən keyfiyyətli məhsullardan biri və birincisidir. İmmunneo qəbul edin, möhkəm immunitetə sahib olun!

İMMUNNEO (İmmunitet artırıcı şərbət)

http://fizulihuseynov.com/