Close

HEPANAT ŞƏRBƏTİ

Tərkibi: Solmazçiçəyi çiçəyinin, alaqanqal toxumunun, boymadərən otunun, andız kökünün, itburnu meyvəsinin, yatıqqanqal otunun və zəyərək toxumunun duru ekstraktı,şəkər şərbəti, limon turşusu, natrium-benzoat.

İstifadəsinə göstəriş: Qaraciyərin piy distrofiyası, hepatitlər, qaraciyər sirrozu, öd kisəsi və öd yollarının iltihabi xəstəlikləri.

İstifadə qaydası:
1 yaşa qədər 0.5–1 çay qaşığı 2-3 dəfə
1–5 yaş 1–2 çay qaşığı 2-3 dəfə
5–12 yaş 1–2 xörək qaşığı 3 dəfə
12 yaşdan yuxarı, böyüklər 2–3 xörək qaşığı 3 dəfə.

Əlavə təsirləri və əks göstərişləri: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Tərkibində şəkər olduğuna görə şəkərli diabetlə xəstə olanlar şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Saxlanılması: Sərin və uşaqların əlinin çatmayacağı yerdə saxlayın.
Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır.

İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Buraxılış forması: Flakonlarda 250 ml.

Category: Product ID: 2990