fbpx
Close

GÜLXƏTMİ ÇİÇƏYİ

İstifadəsinə göstəriş: Bürüyücü, iltihab əleyhinə və ağrıkəsici vasitə kimi udlağın və qırtlağın xəstəliklərində, hiperasid qastritdə, xora xəstəliyində tətbiq edilir, bəlğəmgətirici vasitə kimi traxeitdə, bronxitdə və bronxial astmada təyin olunur.

İstifadə qaydası: İki xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 30 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Böyüklər üçün gündə 4-5 dəfə, hər dəfə 1/3 stəkan, uşaqlar üçün gündə 3-5 dəfə, hər dəfə 1-2 desert qaşığı daxilə qəbul edilir.

 

Kateqoriya: , Product ID: 3226