fbpx
Close

Fitozol (şərbət).

Tərkibi (100 ml):

Adi dağtərxunu (Tanacetum vulgare) çiçəklərinin duru ekstraktı – 24,55 ml; çətirli isitməotu (qızılçətir) (Centaurium umbellatum) otunun duru ekstraktı – 12,28 ml; dərman zəncəfili (Zingiber officinale) kökümsovunun duru ekstraktı – 4,84 ml; mixəyin (Syzygium aromaticum) duru ekstraktı – 4,84 ml.

Köməkçi maddələr: təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

Məhsulun xüsusiyyətləri:

Helmintlərin inkişafını zəiflədir, helmintoz səbəbindən orqanizmin pozulmuş funksiya­larını (həzmi, iştahanı) bərpa edir, zəifləmiş immuniteti möhkəmləndirir, qaraciyəri qoruyur. Bağırsaqların peristaltikasını normallaşdırır və qəbizliyin qarşısını alır.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):

Helmintozlar: enterobioz, askaridoz, trixosefalyoz, tenioz

Protozoy xəstəlikləri: lyamblioz.

İstifadə qaydası:

18 yaşdan yuxarı: 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl .

Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstərişlər:

Şərbətin tərkibinə daxil olan bioloji fəal maddələrə qarşı yüksək fərdi həssaslıq.

18 yaşından aşağı şəxslərin istifadəsi tövsiyə olunmur.

Saxlanılması:

250C-dən yüksək olmayan temperaturda, işıqdan və rütubətdən qorun­maqla, uşaqların əli çatmayan yerdə saxlanmalıdır. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 2 il.

Buraxılış forması: Şüşə qablaşdırma, 250 ml.

ГОСТ 28499-2014 üzrə istehsal olunur.

  • Reseptsiz buraxılır.
  • Dərman vasitəsi deyil.
  • Bioloji fəallığa malik qida əlavəsidir.
  • Məhsul qidanı əvəz etmir.
  • Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
  • Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
  • Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

İstehsalçı: “Herba Flora” MMC

Azərbaycan Respublikası,

Abşeron rayonu, Qobu ŞTQ,

Güzdək yolunun üstü.

www.herba-flora.com

info@herba-flora.com

Category: Product ID: 6485

Description

Fitozol şərbəti bağırsaqların peristaltikasını normallaşdırır və qəbizliyin qarşısını alır. Qaraciyəri qoruyur, helmintlərin inkişafını zəiflədir. Helmintoz səbəbindən orqanizmin pozulmuş funksiyalarını (həzmi, iştahanı) bərpa edir, zəifləmiş immuniteti möhkəmləndirir.

http://fizulihuseynov.com/

www.herba-flora.com