fbpx
Close

FİTOZOL (kapsul)

Bir kapsulun tərkibi: 

Adi dağtərxununun (Tanacetum vulgare) çiçəklərinin quru ekstraktı – 30 mq, qızılçətir (Centaurium umbellatum) otunun quru ekstraktı – 30 mq, mixək qönçəsinin (Syzygium aromaticum) poroşoku – 115 mq, dərman zəncəfilinin (Zingiber officinale) kökümsovunun poroşoku – 115 mq. 

Köməkçi maddə: qarğıdalı nişastası (amylum maidis) – 110 mq.

Məhsulun xüsusiyyətləri:

Kapsulu təşkil edən müxtəlif bitkilərin tərkibində olan efir yağları (xüsusilə evgenol maddəsi), gensianin, gensiopikrin iridoidləri və digər acı maddələr qurdların fəaliyyətini azaldıcı effekt göstərirlər. Vasitə həmçinin həzmi, iştahanı yaxşılaşdırır, bağırsaqların peristaltikasını normallaşdırır və qəbizliyin qarşısını alır. Bakteriyaların fəaliyyətini azaldır, həmçinin bağırsaqların selikli qişasında yaranan iltihabi proseslərin aradan qalxmasına yardımçı olur.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):

Helmintozlar: enterobioz, askaridoz, trixosefalyoz, tenioz;

Protozoy xəstəlikləri: lyamblioz;

Qurd xəstəliklərinin profilaktikası.

İstifadə qaydası və dozalanma: 

1 kapsuldan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur. Gündəlik doza həkim məsləhəti ilə dəyişdirilə bilər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər. 

Əks göstəriş:  18 yaşına qədər şəxslərə, preparatın tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslığı olan şəxslərə.

Saxlanma şəraiti: Rütubətdən qorunmaqla, 250C-dən yuxarı olmayan temperaturda və uşaqların əlinin çatmayacağı yerdə saxlayın.

Dərman vasitəsi deyil.

Bioloji fəallığa malik qida əlavəsidir.

Məhsul normal qidalanmanı əvəz etmir.

Tövsiyə edilən sutkalıq dozanı aşmayın.

Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.

Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 400 mq-lıq 50 kapsul.

İstehsalçı: “Herba Flora” MMC 

Azərbaycan Respublikası, 

Abşeron rayonu,  Qobu ŞTQ, 

www.herba-flora.com

info@herba-flora.com

Category: Tag: Product ID: 5951