fbpx
Close

FİTOTON №2 QIRMIZI XINA

Xına rəngli saçlar üçün

Müalicəvi bitkilərdən hazırlanmış rəngləyici olmayan təbii xına.

Tərkibi: xına yarpağı, məkkəgülü çiçəyi, boyaqotu kökü, adaçayı yarpağı.

Xına yarpağı: hennotanin turşusu, təbii rəngləyicilər (alxanin, lavzon), selik pektin maddələr, efirli maddələr.

Məkkəgülü çiçəkləri: antosianlar (təbii rəngləyicilər), P vitamini, C vitamini, limon turşusu, minerallar və s.

Boyaqotu kökləri:  rubiadin qlikozidi, limon, alma və üzüm turşuları, qlikuronid flavonoidi.

Adaçayı yarpağı: aşı maddələri, efir yağları, təbii antiseptiklər və s.

Fitoton № 2 xına rəngi tərkibindəki dərman bitkiləri və onların birgə kombinasiyası saçların rəng tonunu tündləşdirməklə bərabər onların soğanağını (follikulunu) bərkidir, tük özəyini qalınlaşdırır, tükün ömrünü uzadır, baş dərisini qidalandırır və dezinfeksiya edir, bakteriya və göbələklərin məhvinə səbəb olur. Baş dərisinin həssaslığını azaldır və kəpəyi aradan qaldırır.

İstifadə qaydası: 25-50 qr (saçların uzunluğundan asılı olaraq) Fitoton №2 xına rəngi qaynar su ilə həmcins kütlə alınana qədər qarışdırılır, 10 dəqiqə dəmlənir, saçlara çəkilir və 60-90 dəqiqə saxladıqdan sonra yuyulur.

Buraxılış forması: Qutuda 3 ədəd 50 qramlıq kip bağlanmış xına (1 aylıq norma).

Saxlanılması: Uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Rütubətdən və düz düşən günəş şüalarından qoruyun.

Dərman vasitəsi deyil.

Saxlanma müddəti: 18 ау.

Category: Product ID: 2514