FİTOOİL BALQABAQ YAĞI

FİTOOİL BALQABAQ YAĞI

Tərkibi:

Yağ turşuları, fosfolipidlər, fitosterin, karotinoidlər, A, E, C, B qrupu, K, P vitaminləri, Mg, Fe, Zn, Se.

Farmakoloji təsiri: Helmintozların, xüsusən də lentşəkilli qurdların müalicə və profilaktikasında istifadə olunur, qurdları iflic edərək bağırsaqlardan eradikasiya edir, yenidən yoluxmanın qarşısını alır. Hepatoprotektor və antioksidant təsir edərək qaraciyər və öd kisəsinin fəaliyyətini yaxşılaşdırır, qaraciyərin strukturunu bərpa edir, piy distrofiyasının və iltihabi proseslərin inkişafının qarşısını alır, öd hasilatını artırır, ödün biokimyəvi tərkibini normallaşdırır. Epitel toxumasının strukturuna bilavasitə təsir edərək onların regenerasiyasını, differensiasiyasını və fizioloji funksiyasını bərpa edir, eroziv proseslərin sağalmasını sürətləndirir. Trofiki pozulma zamanı mikrosirkulyasiyanı artırır, mübadilə proseslərini normallaşdırır. Tərkibində olan fitosterin və karotinoidlər prostat vəzin iltihabını aradan qaldırır, E vitamini və Zn erektil funksiyanı və spermatogenezi tənzimləyir.

İstifadəsinə göstəriş:

–  Helmintozlar – askaridoz, enterobioz, lyamblioz

–  Öd yollarının diskineziyası, xolesistit, hepatitlər və qaraciyərin piy distrofiyası

–  Qastrit, kolit, enterokolit, qəbizlik və meteorizm

–  Parodontoz, stomatit, gingivit

–  Prostatit, prostat vəzin adenoması, erektil disfunksiya

–  Kolpit, uşaqlıq boynunun eroziyası, endoservisit

–  Herpes, psoriaz, ekzema, dermatit, hiperkeratoz, dəri yanıqları, yataq və trofik xoralar, seboreya

–  Şüa terapiyasından sonra

Əlavə təsiri: Uzun müddət qəbul etdikdə nəcisin xarakterini dəyişərək ishal və müxtəlif dispepsiya əlamətləri verə bilər.

Əks göstəriş: Fərdi həssaslıq. Öddaşı xəstəliyi, mədə və onikibarmaq bağırsaq xorasının kəskinləşmə mərhələsi.

İstifadə formaları və qaydası: 1 çay qaşığı gündə 3 dəfə yeməkdən 1 saat əvvəl və ya  yeməkdən 2 saat sonra daxilə  qəbul edilir (soyuq su ilə qəbul etmək məsləhət deyil, gəyirmə yaranarsa, limon şirəsi ilə qəbulu məsləhətdir). Qəbul müddəti mədə-bağırsaq xəstəlikləri zamanı 2-3 həftə, qaraciyər xəstəlikləri zamanı 6-8 həftə, prostat vəzin xəstəliklərində isə 4 həftədir. Digər xəstəliklər zamanı isə 1 ay müddətinə qəbul edilir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Oxşar Məhsullar