fbpx
Close

FİTOTON №4 QARA XINA

Qara xına

Qara saçlar üçün müalicəvi bitkilərdən hazırlanmış rəngləyici olmayan tabii xına

Tərkibi: xına yarpaqları, indiqo (basma) yarpaqları, mayasarmaşığı qozaları, palıd qabığı.

Xına yarpağı: hennotanin turşusu, təbii rəngləyici maddələr (alxanin, lavzon), selik, pektin maddələri, efirli maddələr.

İndiqo yarpağı (basma): aşı maddələri, təbii rəngləyici maddələr.

Mayasarmaşığı qozası: efir yağları (geraniol, linalool, mirsenol), qətran, B qrupu və C vitaminləri, aşı maddələri.

Palıd qabığı: aşı maddələri 15%, kversetin flavonoidi, triterpen birləşmələri, B qrupu, PP, C vitaminləri və pantoten turşusu.

Fitoton №4 qara saçlar üçün xınanın tərkibindəki dərman bitkiləri və onların birgə kombinasiyası saçların rəng tonunu tündləşdirməklə bərabər onların soğanağını (follikulunu) bərkidir, özəyini qalınlaşdırır, tükün ömrünü uzadır, baş dərisini qidalandırır və dezinfeksiya edir, bakteriya və göbələklərin məhvinə səbəb olur. Baş dərisinin həssaslığını azaldır və kəpəyi aradan qaldırır.

İstifadə qaydası: 25-50 qr (saçların uzunluğundan asılı olaraq) “Fitoton №4” qara saçlar üçün xına qaynar su ilə həmcins kütlə alınana qədər qarışdırılır, 10 dəqiqə dəmlənir, saçlara çəkilir və 60-90 dəqiqə saxladıqdan sonra yuyulur.

Buraxılış forması: Qutuda 3 ədəd 50 qramlıq kip bağlanmış xına (1 aylıq norma).

Saxlanılması: Uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Rütubətdən və düz düşən günəş şüalarından qoruyun.

Dərman vasitəsi deyil.

Saxlanma müddəti: 18 ау.

Category: Product ID: 2528