fbpx
Close

FINDIQ YAĞI.

Yağ Soyuq preslənmə üsulu ilə əldə edildiyinə görə heç bir kimyəvi dəyişikliyə məruz qalmır.

Tərkibi: kalsium, fosfor, zülal, şəkər, vitamin E, B, PP, C, qlikozidlər, mineral maddələr,

Təsiri: yağ kalsium, fosfor, zülal, şəkər, vitamin E, B, PP, C – lə zəngin olduğu üçün maddələr mübadiləsini, lipid mübadiləsini sürətləndirir, sellülit əleyhinə və antioksidant təsir göstərir. Qan dövranına və qanın tərkibinə müsbət təsiri nəticəsində ürəyin və beyinin işemik xəstəliklərinin qarşısını alır, beyin fəaliyyətini, yaddaşı və zehni qabiliyyəti yaxşılaşdırır. Dərinin və dırnaqların elastikliyini artıraraq onların qırılmasının qarşısını alır, dəri çatlarını bərpa edir. Saçlara, dəriyə parlaqlıq verir, saç tökülməsinin qarşısını alır. Orqanizmi tonuslandırır, enerji verir və qocalmanı ləngidid.

İstifadəsinə göstəriş:
Metabolizm pozulması
Kosmetologiya
Dəri xəstəlikləri
Saç tökülmə
Dırnaqların və saçların qırılması
hamiləlik və doğuşdan sonra dəriyə qulluq
Beyin və ürək işemiyasının profilaktikası
xərçənng xəstəliyinin profilaktikası

İstifadə formaları və qaydası:
Xaricə: dırnaqlara və saşların dibinə bir neçə dəqiqə müddətində fındıq yağını massajla yedizdirməli. Quru saçları yuduqdan sonra, yağlı saçları isə yumamışdan əvvəl məlum qaydada masaj etməli. Hamiləlik zamanı qarının dərisində yaranan çatların qarşısını almaq məqsədi ilə və doğuşdan sonra qarın dərisinin elastikliyini bərpa etmək məqsədi ilə gündə 2 – 3 dəfə massaj edilir. Üz dərisinə qulluqda kosmetik vasitələrin tərkibinə əlavə edilir.

Daxilə: 1 çay qaşığı (5 ml) gündə 2-3 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl

Əks göstəriş: fındıq yağına qarşı fərdi həssaslıq

Saxlanma qaydası: otaq temperaturunda və ya soyuducuda ağzı kip bağlı qabda saxlanmalı.

Saxlanma müddəti: 18 ay.

Buraxılış forması: 30 ml.

İtehsalçı: Herba Flora.

Category: Tag: Product ID: 5367