fbpx
Close

FEMİNİKA

Feminika (hormonal balansı tənzimləmək üçün çay)

Tərkibi: Aslanpəncəsi otu, boymadərən otu, qara zirə toxumu, gülümbahar çiçəyi, mayasarmaşığı qozası, istiotlu nanə yarpağı.

Farmakoloji təsiri:

Yumurtalıqların, uşaqlıq və uşaqlıq borularının iltihabını azaldır, ginekoloji disfunksiya səbəbindən baş verən ağrıları aradan qaldırır. Endokrin vəzlərin funksiyasını tənzimləyir, hormon sintezini, əsasən də progesteron ifrazını stimullaşdırır. Bununla menstrual tsikli tənzimləyir, mastopatiya zamanı şişin ölçülərini kiçildir və böyüməsinin qarşısını alır. Estradiol ifrazını artıraraq qadınlarda erkən menopauzanın qarşısını alır, istilikbasma, həyəcan, əsəbilik, ürəkdöyünmə kimi klimakterik əlamətləri azaldır. Qaraciyərin antitoksik funksiyasını aktivləşdirir, toksinləri neytrallaşdırır. Enterosorbent olduğu üçün intoksikasiya əlamətlərini aradan qaldırır. İmmun sistemi aktivləşdirir, orqanizmin bakteriya və göbələklərə qarşı müqavimətini artırır.

İstifadəsinə göstəriş:

  • Dismenoreyalar (alqomenoreya, polimenoreya, hipermenoreya)
  • Sarı cisim çatışmazlığı (hipoprogesteronemiya)
  • Erkən menopauza
  • Menopauza əlamətləri (istilikbasma, həyəcan, əsəbilik, ürəkdöyünmə)
  • Mastopatiyalar

Əks-göstəriş: çayın komponentlərinə qarşı fərdi həssaslıq, hipomenoreya, oliqomenoreya. Kontraseptivlər və hormonal preparatlarla birlikdə qəbulu həkim məsləhəti ilə olmalıdır.

İstifadə qaydası:

2 filtr-bağlama 100 ml (1/2 stəkan) qaynar suda 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul olunur. Qəbul müddəti minimum 3 aydır. Uzun müddət qəbul oluna bilər.

Category: Product ID: 6708

Description

Feminika Herba Flora şirkətinin qadınlarda tez-tez rastlanan aybaşı pozulmaları, ağrılı aybaşılar, sarı cisim çatışmazlığı ilə əlaqədar sonsuzluq, erkən menopauza, mastopatiyalar zamanı kompleks müalicə ilə yanaşı istifadə oluna bilən məhsuludur. Tərkibi:                                 

  • aslanpəncəsi, boymadərən,
  • qarazirə, gülümbahar,
  • mayasarmaşığı, istiotlu nanə

kimi faydalı bitkilərlə zəngindir. Feminika çayının tərkibindəki i bitkilər təbii steroidlərlə zəngin olduğu üçün endokrin vəzilərin funksiyasını tənzimləyir. Hormon sintezini, əsasən də progesteron ifrazını stimullaşdırır. Bununla menstrual sikli tənzimləyir. Mastopatiya zamanı şişin ölçülərini kiçildir və böyüməsinin qarşısını alır. Estradiol hormonunun ifrazını artıraraq qadınlarda erkən menopauzanın qarşısınıı alır. İstilikbasma, həyəcan, əsəbilik, ürəkdöyünmə kimi klimakterik əlamətləri azaldır.

Feminika çayı tərkibindəki qarazirə bitkisi hesabına qaraciyərin antitoksik funksiyasını aktivləşdirir. Toksinləri neytrallaşdırır. Qarazirə bitkisi həm də güclü enterosorbent olduğu üçün Feminika çayı qadınlarda intoksikasiya əlamətlərini aradan qaldırır. İmmun sistemi aktivləşdirir. Tərkibindəki gülümbahar, istiotlu nanə kimi antiseptik, antifunqal bitkilər sayəsində Feminika orqanizmin bakteriya və göbələklərə qarşı müqavimətini artırır. Yumurtalıqların, uşaqlıq və uşaqlıq borularının iltihabını azaldır. Ginekoloji disfunksiya səbəbindən baş verən ağrıları aradan qaldırır. Əziz qadınlar, Feminika qəbul edin, çayın yaratdığı möcüzələrə özünüz şahid olun!

http://fizulihuseynov.com/

https://www.herba-flora.com/