Close

EXİNASEYA OTU

İstifadəsinə göstəriş: İmmun sistemi möhkəmləndirmək məqsədilə qrip və kəskin virus xəstəlikləri, bronxit və pnevmoniya, sinusit, otit, disbakterioz, kandidoz, furunkulyoz və s. kimi xəstəliklərdə istifadə olunur.

İstifadə qaydası: Bir çay qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 45 dəq. qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 1-2 dəfə, hər dəfə 1/2 stəkan daxilə qəbul edilir.

Diqqət! 3 həftədən artıq qəbul edilməsi məsləhət deyil, ehtiyac olarsa iki həftəlik fasilədən sonra yenidən qəbula başlamaq olar.

 

Kateqoriya: , Product ID: 3242