DİANAT

DİANAT

Tərkibi (100 ml):

Aptek çobanyastığı (Chamomilla recutita) çiçəyinin duru ekstraktı – 16,1 ml; Dərman gülümbaharı (Calendula officinalis) çiçəyinin duru ekstraktı – 9,2 ml; İstiotlu nanə (Mentha piperita) yarpağının distillatı – 9,2 ml; Adi zirə (Carum carvi) meyvəsinin distillatı – 6,9 ml; Meşə çiyələyi (Fragaria vesca) yarpağının duru ekstraktı – 4,6 ml.

Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

İstifadəsinə göstəriş:

Həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ

İstifadə qaydası:

4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;

7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;

12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.

Uzun müddətli istifadəsi zərərsizdir, bağırsaqların funksiyası bərpa olunana qədər istifadə oluna bilər.

Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

 

Əks-göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq, qəbizlik.

Saxlanılması:

25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Buraxılış forması: 100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

 

Reseptsiz buraxılır.

Dərman vasitəsi deyil.

Bioloji fəallığa malik qida əlavəsidir.

Məhsul qidanı əvəz etmir.

Tövsiyə edilən sutkalıq dozanı aşmayın.

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

ГОСТ 28499-2014 üzrə istehsal olunur.

İstehsalçı: “Herba Flora” MMC

Azərbaycan Respublikası,

Abşeron rayonu, Qobu ŞTQ,

Güzdək yolunun üstü.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat


Dianat Herba Flora şirkətinin ishal əleyhinə şərbətidir. Tərkibi qızılağac qozası, nar qabığı, palıd qabığı, qara çörəkotu toxumu, dazıotu otu, istiotlu nanə yarpağının duru ekstraktlarından hazırlanır. Dianat şərbəti tam təbii, uşaqdan-böyüyə hər kəsin rahatlıqla istifadə edə biləcəyi məhsuldur. Şərbətin  tərkibindəki qızılağac qozası, nar qabığı və qara çörəkotunun hesabına bağırsaqların selikli qişasına büzücü təsir göstərir. Nəticə etibarı ilə ishal zamanı orqanizmdən maye və mineral  itirilməsinin qarşısını alır. Eyni zamanda şərbətin tərkibindəki nar qabığı ekstraktı hesabına bağırsaqlarda xəstəliktörədən mikroblara öldürücü təsir edir.  Nəticdə isə. faydalı bakteriyaların yaşaması üçün əlverişli mühit yaradır.

Tam təbii bitki kombini olan Dianat şərbəti bitkilərin yüksək antiseptik, iltihabəleyhinə, yarasağaldıcı, qankəsici təsirləri hesabına ishalın qarşısını alır, toksinlərin qana sorulmasını ləngidir, qusmanı dayandırır, bağırsaq xoralarının sağalmasını tezləşdirir. Herba Flora istehsalı olan Dianat şərbətinin faydaları bununla da bitmir. Şərbətin tərkibinə daxil olan dazıotu otu, istiotlu nanə yarpağının duru ekstraktları diareya zamanı sancını azaldır, antidepressant təsir edərək ishal zamanı baş verən halsızlıq əlamətlərini aradan qaldırır. Həmçinin şərbət həm də ishallar zamanı iştahaçıcı, orqanizmi tonuslandırıcı təsir göstərir.

Müxtəlif etiologiyalı diareyalar, həmçinin virus diareyaları, enterokolitlər, ishalla müşayiət olunan disbakterioz, dizenteriya, salmonellyoz, eşerixioz və s. kimi bağırsaq infeksiyaları, qıcıqlanmış bağırsaq sindromu kimi xəstəliklər zamanı Herba Flora şirkətinin Dianat şərbəti ishalı dayandırmaq, xəstəni vəziyyətdən çıxartmaq üçün istifadə oluna bilən effektiv vasitələrdəndir. Şərbət yeməkdən əvvəl yaşa uyğun dozada daxilə qəbul olunur. Onu da qeyd edim ki, Dianat şərbəti təbii tərkibli olduğu üçün bağırsaq funksiyası bərpa olunana qədər uzunmüddətli istifadə oluna bilər.

https://fizulihuseynov.com/

https://herba-flora.com

Oxşar Məhsullar