Close

Dianat şərbəti

Dianat ishal əleyhinə şərbət

Tərkibi:                                                                                                    
Qızılağac qozası, palıd qabığı, nar qabığı, qara çörəkotu toxumu, dazıotu otu və istiotlu nanə yarpağının duru ekstraktları, şəkər şərbəti, limon turşusu, natrium-benzoat.

Farmakoloji təsiri:
Tərkibində olan taninər və tanidlər hesabına bağırsaqların selikli qişasına büzücü təsir göstərir, toksinlərin bağırsaqlara sorulmasını ləngidir və intoksikasiya əlamətlərini azaldır. Bağırsaqların peristaltikasını normallaşdırır, ishalı aradan qaldırır, orqanizmdən maye və mineral itirilməsinin qarşısını alır. Qankəsici, antibakterial, iltihab əleyhinə, spazmolitik, sancı və köp əleyhinə təsir göstərir, bağırsaqların selikli qişasının regenerasiyasını sürətləndirir.

İstifadəsinə göstəriş:

  • Müxtəlif etiologiyalı diareyalar, həmçinin virus diareyaları
  • Enterokolitlər
  • Disbakterioz (diareya ilə müşayiət olunduqda)
  • Bağırsaq infeksiyaları (dizenteriya, salmonellyoz, eşerixioz və s.)
  • Qıcıqlanmış bağırsaq sindromu

Əks göstərişlər: şərbətin komponentlərinə qarşı fərdi həssaslıq, qəbizlik.

Şəkərli diabetli xəstələrə həkim məsləhəti ilə verilə bilər.

İstifadə qaydası:                                                                                        Şərbət yeməkdən əvvəl cədvəldə göstərilən dozaya uyğun qəbul olunur. Uzun müddətli istifadəsi zərərsizdir, bağırsağın funksiyası bərpa olunana qədər istifadə oluna bilər.

0 – 1 yaş

1/2 çay qaşığı

2 dəfə

1 – 3 yaş

1 çay qaşığı

2 dəfə

3 – 7 yaş

1 çay qaşığı

3 dəfə

7-12 yaş

2 çay qaşığı

2 dəfə

12 yaşdan yuxarı, böyüklər

1 xörək qaşığı

3 dəfə

Buraxılış forması: Flakonlarda 100 ml.

Category: Product ID: 3870