fbpx
Close

DAŞƏRİDƏN. (Sidik daşları əleyhinə qıranul).

Tərkibi:

  • Boyaqotu (Rubia tinctorum) kökünün duru ekstraktı
  • İtburnu (Rosa canina) meyvəsinin duru ekstraktı
  • Keşniş (Coriandrum sativum) toxumunun duru ekstraktı
  • Qatırquyruğu (Equisetum arvense) otunun duru ekstraktı
  • Qırxbuğum (Polygonum aviculare) otunun duru ekstraktı
  • Ardıc (Juniperus communis) meyvəsinin duru ekstraktı

Köməkçi  maddələr:  laktoza, mannitol.

Farmakoloji təsiri: Qranulun tərkibində olan müalicəvi bitkilər sidikçıxarıcı yollarda olan müxtəlif tərkibli daşları və duz kristallarını demineralizasiya edir və orqanizmdən xaric olmasına köməklik göstərir. Sidiyin pH-nı tənzimləyərək duz kristallarının və daşların əmələ gəlməsinin qarşısını alır.

İstifadəsinə  göstəriş: Sidikçıxarıcı yollarda müxtəlif tərkibli daşlar və kristallar (oksalat, urat, fosfat, karbonat) olduqda yardımçı vasitə kimi, daşəmələgəlmənin profilaktikasında istifadə olunur.

Əks göstəriş: Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq, hamiləlik və laktasiya dövründə, həmçinin 18 yaşa qədər şəxslərə əks göstərişlidir.

İstifadə  qaydası: 1 desert qaşığı qranula 1-stəkan suda həll edilərək gündə 3 dəfə, yeməkdən sonra daxilə qəbul edilir. Müalicə müddəti 1 aydır.

İstehsalçı: HERBA FLORA