Close

BRONXONAT ŞƏRBƏTİ

Tərkibi: Dəvədabanı yarpağının, böyük bağayarpağı yarpağının, bənövşə otunun və şirin biyan kökünün duru ekstraktı,
şəkər şərbəti, limon turşusu, natrium-benzoat.

İstifadəsinə göstəriş: Traxeit, kəskin və xroniki bronxit, pnevmoniya, KRX.

İstifadə qaydası:

1–5 yaş 1 çay qaşığı 2-3 dəfə
5–12 yaş 1 desert qaşığı 3 dəfə
12 yaşdan yuxarı, böyüklər 1 xörək qaşığı 3 dəfə.

Əlavə təsirləri və əks göstərişləri: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Tərkibində şəkər olduğuna görə şəkərli diabetlə xəstə olanlar şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Saxlanılması:

  • Sərin və uşaqların əlinin çatmayacağı yerdə saxlayın.
  • Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır.

İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Buraxılış forması: Şüşə flakonlarda 100 ml.

Category: Product ID: 3032