fbpx
Close

BRONXOFORT (Bəlğəmgətirici şərbət)


TƏRKİBİ: Gülxətimi çiçəyinin, gülxətimi kökünün, biyan kökünün, andız kökünün, qaraqınıq otunun, kəklikotu otunun, cirə meyvəsnini, bağayarpagı yarpağının duru ekstraktları, şəkər şərbəti, natrium benzoat.

FAMAKALOJİ TƏSİRİ: Şərbətin tərkibindəki bitgilər bialoji aktiv maddələrlə zəngindir. Bu bioloji aktiv maddələrin hesabına şərbət yuxarı tənəffüs yollarının selikli qişasının sekretor qabiliyyətini arırır, bəlğəmin konsistensiyasını yumşaldır. Eyni zamanda bronx və traxeyanın kirpikli epitelinin hərəki aktivliyini artıraraq bəlğəmin xaric olunmasını sürətləndirir. Həmçinin iltihab əleyhinə. Antiseptik, spazmolitikvə və öskürək əleyhinə təsir göstərir, interferon sintezini və orqanizmin ümumi müqavimətini artırır.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞ:
1. Kəskin və xroniki bronxit
2. Pnevmaniyaların kompleks müalicəsi
3. Traxeit
4. Kəskin respirator virus infeksiyalarının ağırlaşması
5. Müxtəlif mənşəli quru və yaş öskürəklər
6. Göyöskürək
7. Astruktiv ağ ciyər xəstəliklərinin komleks müalicəsi

ƏKS GOSTƏRİŞ:
Şərbətin tərkibidəki hər hansı komponentə qarşı fərdi həssaslıq. 1 yaşadək uşaqlar.
Şəkərli diabet xəstəliyi olanların həkim məsləhəti ilə qəbul etməsi tövsiyə olunu

İSTİFADƏ QAYDASI:
1-3 yaş uşaqlara 1 çay qaşığı (5ml) gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl
3-7 yaş uşaqlara 2 çay qaşığı (10ml)gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl
7-12 yaş uşaqlara 1 xörək qaşığı(15ml) gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl
12 yaşdan yuxarı uşaqlar və böyüklər 2 xörək qaşığı (30 ml) gündə3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl

Buraxılış forması: Flakonlarda 100 ml.

 

Category: Tag: Product ID: 5310

Description

BRONXOFORT

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulularımız xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Son zamanlar təbii vasitələrə, o cümlədən bitkilərlə müalicəyə üstünlük verilməsi dərman bitkiləri istehsalına ehtiyac yaratdı. Elə bu səbəbdən 1998-ci il 25 maydan etibarən HERBA FLORA şirkəti fəaliyyətə başladı. Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. İstehlak bazarına çıxarılan həmin məhsullarla yanaşı xaricdən idxal olunan dərman bitkiləri də vardır. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir.

HERBA FLORA şirkəti istehsal etdiyi məhsulların yüksək keyfiyyətli olması üçün yeni texnologiyaları istehsalata tətbiq edir. Elə bunun nəticəsində şirkət indiyədək 200-dən artıq məhsul istehsal etməyə nail olmuşdur. Bunlardan

83-ü müalicəvi bitkilər,

24-ü bitki yığıntıları,

47-si ayrı-ayrı xəstəliklərin profilaktika və müalicəsində istifadə olunan fitoçaylar,

9-u şərbət,

4-ü müalicəvi Fitoton xınaları,

4-ü Fitoton həftəlik üz maskaları və gilləri,

3-ü Fitolosyon,

15-i müalicəvi Fitooil yağları,

Ağrımaz kremi,

8 növdə Fitoton şampunları,

3 növdə Fitoton duş gelləri,

BRONXOFORT

Fitoton saç balzamı,

Fitooil əl və üz kremləri, həmçinin Lorosept HF drajesidir. Əhalinin şirkətə olan çoxsaylı müraciətlərinə əsaslanaraq Herba Flora saytında, eləcədə Herba Flora və Zərif Çayları Facebook səhifəmizdə sual-cavab bölmələri fəaliyyətə başladı. Hal-hazırda şirkətin nəzdində ailəvi istirahət məkanı olan dörd Fito Club fəaliyyət göstərir.