Close

Bibəriyyə

İstifadəsinə göstərişlər: Sakitləşdirici təsir göstərir, diqqəti və yaddaşı yaxşılaşdırır, baş ağrılarını azaldır, güclü bakterisid və antioksidant təsirləri var. Sidikqovucu, ödqovucu təsir göstərir, həzmi normallaşdırır. Stomatitlər və angina zamanı qarqara şəklində, çiban, irinli yaralar və saç tökülməsi zamanı yuma şəklində, nevrozlar, yuxusuzluq, baş ağrıları, miqren, hipotoniya, bronxial astma, mədə xəstəlikləri, aybaşı pozulmalarında, cinsi zəiflikdə daxilə qəbul olunur.

Əks göstəriş: Fərdi həssaslıq, hamiləlik, hipertoniya, epilepsiya.

İstifadə qaydası: 1 xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə su hamamında dəmlənir, soyudulur, süzülür. 2-3 həftə ərzində gündə 3 dəfə, hər dəfə 1/3 stəkan yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.

Kateqoriya: , Product ID: 2666