Close

BƏLĞƏMGƏTİRİCİ YIĞINTI

Tərkibi: Böyük bağayarpağı yarpağı, şirin biyan kökü, dəvədabanı yarpağı.

İstifadəsinə göstəriş: Yığıntı tənəffüs sisteminin xəstəliklərində (traxeit, bronxit, bronxopnevmoniya və s.) təyin edilir.

İstifadə qaydası: Bir xörək qaşığı yığıntının üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 30 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Hər 3 saatdan bir 1/2 stəkan daxilə qəbul edilir.

 

Category: Product ID: 3042