Close

ARFAZETİN YIĞINTISI

Tərkibi: Qaragilə zoğları, toxumsuz lobya qını, araliya kökü, itburnu meyvəsi, çöl qatırquyruğu otu, dazı otu, aptek çobanyastığı çiçəyi.

İstifadəsinə göstəriş: Yığıntı hipoqlikemik təsir göstərir, yüngül və orta ağırlıqlı şəkərli diabetdə istifadə olunur.
II tip şəkərli diabetdə preparatın tətbiqi zamanı çox yaxşı nəticə əldə olunur. Yığıntı pozulmuş karbohidrat mübadiləsini tənzimləyir, zülal, piy, su-duz mübadilələrini yaxşılaşdırır, qanda və sidikdə şəkərin miqdarını azaldır, qaşınmanı aradan götürür.

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1/3-1/2 stəkan yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edilir. Bir ay qəbuldan sonra 2 həftə fasilə verilir, müalicə kursu yenidən təkrarlanır.

 

Category: Product ID: 3058