fbpx
Close

Angins10 antiseptik spreyi

Tərkibi:

nar qabığının, küknar yarpağının, mixək tumurcuğunun, yaşıl çay yarpağının, propolisin, aptek çobanyastığı çiçəyinin, kəklikotu otunun, itburnu meyvəsinin, biyan kökünün, adaçayı yarpağının, evkalipt yarpağının, gülümbahar çiçəyinin, bibəriyyə otunun, palıd qabığının, exinaseya otunun, meşə əməköməci çiçəyi və yarpağının spirtli çıxarışı, distillə suyu.

Farmakoloji təsiri:

nar qabığı, palıd qabığı və küknar yarpağı aşı maddələrlə, xüsusən də taninlə zəngin olduğu üçün ağız boşluğu və udlağın selikli qişasına güclü büzücü və antibakterial təsir göstərir, virus və bakteriyaların selikli qişayaya daxil olaraq xəstəlik törətməsinin qarşısını alır. Evkalipt, adaçayı, gülümbahar və bibəriyyə otu güclü antibakterial, antifunqal və virus əleyhinə effekt verir. Aptek çobanyastığı, kəklikotu, biyan kökü və əməköməci çiçəyi iltihab əleyhinə təsir edir, ağız boşluğu və udlaqda qızartı və şişkinliyi aradan qaldırır. İtburnu meyvəsi və yaşıl çay C vitamini ilə zəngindir, dişəti xəstəliklərinin qarşısını alır. Mixək, exinaseya və propolis yerli anestetik və ağrıkəsici effekt verir.

İstifadəsinə göstərişlər:

Angina, tonzillit

Faringit, laringit

Gingivit

Parodontoz

Halitoz

Diş ekstraksiyasından sonra

Ağız boşluğu, qırtlaq və udlağın digər xəstəliklərində

Müxtəlif etiologiyalı quru öskürəklərdə

Əks göstərişlər:

Məhlulun tərkibində olan komponentlərə qarşı fərdi həssaslıq

 

Category: Tags: , , , , Product ID: 4869

Description

HERBA FLORA

şirkəti istehsal etdiyi məhsulların yüksək keyfiyyətli olması üçün yeni texnologiyaları istehsalata tətbiq edir. Elə bunun nəticəsində şirkət indiyədək 200-dən artıq məhsul istehsal etməyə nail olmuşdur. Bunlardan 83-ü müalicəvi bitkilər, 24-ü bitki yığıntıları, 47-si ayrı-ayrı xəstəliklərin profilaktika və müalicəsində istifadə olunan fitoçaylar, 9-u şərbət, 4-ü müalicəvi Fitoton xınaları, 4-ü Fitoton həftəlik üz maskaları və gilləri, 3-ü Fitolosyon, 15-i müalicəvi Fitooil yağları, Ağrımaz kremi, 8 növdə Fitoton şampunları, 3 növdə Fitoton duş gelləri, Fitoton saç balzamı, Fitooil əl və üz kremləri,Angins10, həmçinin Lorosept HF drajesidir. Əhalinin şirkətə olan çoxsaylı müraciətlərinə əsaslanaraq Herba Flora saytında, eləcədə Herba Flora və Zərif Çayları Facebook səhifəmizdə sual-cavab bölmələri fəaliyyətə başladı. Hal-hazırda şirkətin nəzdində ailəvi istirahət məkanı olan dörd Fito Club fəaliyyət göstərir.

Angins10

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulularımız xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Son zamanlar təbii vasitələrə, o cümlədən bitkilərlə müalicəyə üstünlük verilməsi dərman bitkiləri istehsalına ehtiyac yaratdı. Elə bu səbəbdən 1998-ci il 25 maydan etibarən HERBA FLORA şirkəti fəaliyyətə başladı. Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. İstehlak bazarına çıxarılan həmin məhsullarla yanaşı xaricdən idxal olunan dərman bitkiləri də vardır. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir.

İstehlakçıları yüksək keyfiyyətli dərman bitkiləri və fitoçaylarla, həmçinin bitki ekstraktları ilə təmin etməyi qarşısına məqsəd qoyan, yeni növ məhsulların istehsalı üçün tədqiqatlar aparan HERBA FLORA şirkəti ATU-nun Əczaçılıq fakültəsinin, Turizm İnstitutunun tələbə-təcrübə bazasıdır. Həmçinin, Tibb Universitetində keçirilən konfrans və seminarlara təşkilati dəstək göstərir. HERBA FLORA şirkəti beynəlxalq İSO 9001:2008 keyfiyyəti idarəetmə sisteminin standartlarına uyğun fəaliyyət göstərir. Şirkətimiz 2013-cü ildə Gözəllik sərgisinin, 2009, 2010, 2011, 2012, 2014, 2015 və 2016-cı illərdə Azərbaycan Beynəlxalq Səhiyyə, Gözəllik və Estetik Tibb sərgilərinin, iştirakçısı olmuş, “Ən yaxşı məhsul nümayişi”, “Ən yaxşı korporativ stil” və “Ən uzunmüddətli iştirakçı” sertifikatlarına layiq görülmüşdür. Məhsulları ilə istehlakçıları daim məmnun edən HERBA FLORA yeni məhsulların istehsalını davam etdirir.