fbpx
Close

Alma sirkəsi

Alma sirkəsi

Məhlul : 250 ml

Tərkibi: alma şirəsi, şəkər, duz.

Farmakoloji təsiri:

Alma sirkəsi yağ lipid mübadiləsini sürətləndirir, piy toxumasının depo şəklində toplanmasının qarşısını alır. Metabolizm pozğunluğu nəticəsində damar divarına çökmüş aterosklerotik düyünləri təmizləyir. Antiseptik, bakteriosid, bakteriostatik, antifunqal təsirlər göstərir. Hiperlipidemiyanı aşağı salır, antisellülit(piylənmə əleyhi) və antipiretik(qızdırmasalıcı) effektlər verir. Alma sirkəsi şiş hüceyrələrinin inkişafını ləngidərək xərçəng əleyhinə təsir edir və saç tökülməsinin qarşısını alır.

İstifadəsinə göstərişlər:

Ateroskleroz

Piylənmə

Serebral – ateroskleroz

Aterosklerotik – kardioskleroz

Xərçəng xəstəliyi

Hipertoniya xəstəliyi

Saçların tökülməsi

Müxtəlif etiologiyalı qızdırmalar

Göbələk xəstəlikləri

Əks göstərişlər:

Hiperasid qastrit

Mədə xora xəstəliyi

Onikibarmaq bağırsaq xora xəstəliyi

Arterial hipotoniya

Nazik və yoğun bağırsaqların xora xəstəliyi

Bədənin 36 dərəcə və aşağı hərarəti

Fərdi həssasliq

İstifadə qaydası:

Ateroskleroz zamanı 1 xörək qaşığı alma sirkəsini 1 stəkan isti suda həll edib səhər acqarına qəbul etmək. Piylənmələrdə 1 xörək qaşığı alma sirkəsini 1 stəkan isti suda həll edib səhər axşam acqarına qəbul etmək. Mədə-bağırsaq sistemində diskomfort yaranarsa yeməkdən sonra qəbul etmək məsləhətlidir.Yüksək qızdırma və dəri göbələklərində bədənin müəyyən nahiyələrinə alma sirkəsinin suda məhlulunu islatma şəklində istifadə etmək lazımdır. Saçların dibini möhkəmləndirmək məqsədi ilə saçları yuyandan sonra 50-100 ml alma sirkəsini 1 lt ilıq suda həll edib saçları yaxalamaq lazımdır. Ayaqların göbələk xəstəliklərində sirkəli suda ayaqları 30 dəqiqə vanna etmək məsləhətdir

Əlavə məlumat:

Herba flora şirkəti alma sirkəsini məişət üsulu ilə tam təbii yolla istehsal edir.

Sizə sağlamlıq arzulayırıq.

Bitkilərlə Müalicə, Dərman Bitkiləri – Herba Flora

Category: Tags: , , , Product ID: 4736

Description

HERBA FLORA şirkəti istehsal etdiyi məhsulların yüksək keyfiyyətli olması üçün yeni texnologiyaları istehsalata tətbiq edir. Elə bunun nəticəsində şirkət indiyədək 200-dən artıq məhsul istehsal etməyə nail olmuşdur. Bunlardan 83-ü müalicəvi bitkilər, 24-ü bitki yığıntıları, 47-si ayrı-ayrı xəstəliklərin profilaktika və müalicəsində istifadə olunan fitoçaylar, 9-u şərbət, 4-ü müalicəvi Fitoton xınaları, 4-ü Fitoton həftəlik üz maskaları və gilləri, 3-ü Fitolosyon, 15-i müalicəvi Fitooil yağları, Ağrımaz kremi, 8 növdə Fitoton şampunları, 3 növdə Fitoton duş gelləri, Fitoton saç balzamı, Fitooil əl və üz kremləri, həmçinin Lorosept HF drajesidir. Əhalinin şirkətə olan çoxsaylı müraciətlərinə əsaslanaraq Herba Flora saytında, eləcədə Herba Flora və Zərif Çayları Facebook səhifəmizdə sual-cavab bölmələri fəaliyyətə başladı.

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulularımız xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Son zamanlar təbii vasitələrə, o cümlədən bitkilərlə müalicəyə üstünlük verilməsi dərman bitkiləri istehsalına ehtiyac yaratdı. Elə bu səbəbdən 1998-ci il 25 maydan etibarən HERBA FLORA şirkəti fəaliyyətə başladı. Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. İstehlak bazarına çıxarılan həmin məhsullarla yanaşı xaricdən idxal olunan dərman bitkiləri də vardır.

İstifadə qaydası: Alma sirkəsi

Ateroskleroz zamanı 1 xörək qaşığı alma sirkəsini 1 stəkan isti suda həll edib səhər acqarına qəbul etmək. Piylənmələrdə 1 xörək qaşığı alma sirkəsini 1 stəkan isti suda həll edib səhər axşam acqarına qəbul etmək. Mədə-bağırsaq sistemində diskomfort yaranarsa yeməkdən sonra qəbul etmək məsləhətlidir.Yüksək qızdırma və dəri göbələklərində bədənin müəyyən nahiyələrinə alma sirkəsinin suda məhlulunu islatma şəklində istifadə etmək lazımdır. Saçların dibini möhkəmləndirmək məqsədi ilə saçları yuyandan sonra 50-100 ml alma sirkəsini 1 lt ilıq suda həll edib saçları yaxalamaq lazımdır. Ayaqların göbələk xəstəliklərində sirkəli suda ayaqları 30 dəqiqə vanna etmək məsləhətdir.    alma-sirkəsi                                                                                                                                            

https://az.wikipedia.org
https://www.herba-flora.com