fbpx
Close

ALAQANQAL YAĞI

Tərkibi: Karotinoidlər, E, D, K və B qrupu vitaminləri, makro- və mikroelementlər (Se, Zn, Fe, K, Ca), flavoliqnanlar (silibin, silidianin, silimarin).

Farmakoloji təsiri: Güclü  hepatoprotektor təsirə malik olan flavoliqnanlar qaraciyərin funksional vəziyyətinə müsbət təsir göstərir, hepatositlərin membranını möhkəmləndirir, alkoqol və toksiki maddələrin təsirindən zədələnmiş hepatositlərin regenerasiyasını sürətləndirir, qaraciyərdə iltihabi proseslərin qarşısını alır, öd hasilatını artırır, qaraciyərin detoksikasion funksiyasını stimulyasiya edir. Omeqa-6 və omeqa-9 turşuları pozulmuş lipid mübadiləsini və hormonal balansı tənzimləyir, immuniteti möhkəmləndirir və orqanizmi zərərli maddələrdən və toksinlərdən təmizləyir. Antibakterial təsir göstərir, dərinin regenerasiya və epitelizasiyasını sürətləndirir, qaraciyər xəstəliklərində müşahidə olunan dəri əlamətlərinin (“damar ulduzcuqları”, quruma, qabıqlanma) qarşısını alır, saç və dırnaqların möhkəmlənməsini və bərpasını təmin edir. Tərkibində Zn, Mn və Se sayəsində mədəaltı vəzin insulin istehsalını artırır.

İstifadəsinə göstəriş:

– Qaraciyərin piy distrofiyası, hepatit, qaraciyər sirrozu, qaraciyərin müxtəlif toksiki maddələrin (alkoqol, təbii və sintetik zəhərlər, ağır metal duzları, dərman preparatları) təsirindən zədələnməsi, öd yollarının diskineziyası, xolangit, öd daşı xəstəliyi

– Qastrit, kolit və enterokolit, mədə və 12-barmaq bağırsağın xora xəstəliyi, qəbizlik  və  hemorroyun  kompleks müalicəsi

– Ateroskleroz, hipertoniya, ÜİX, venaların varikoz genişlənməsi, piylənmə, infarkt və insultların kompleks müalicəsi və profilaktikası

– Uşaqlıq boynunun eroziyası, kolpit, endoservisit, atrofik vaginitin kompleks terapiyası

– Stomatit, gingivit, parodontit, atrofik rinitin kompleks terapiyası

– Göz xəstəliklərinin müalicə və profilaktikası

– Anemiyanın kompleks müalicəsi və profilaktikası

– Ağır xəstəliklər və ya əməliyyatlardan sonrakı reabilitasiya dövrü, onkoloji xəstəliklərin profilaktikası

– Şəkərli diabet

İstifadə formaları və qaydası: Yağ daxilə qəbul və applikasiya şəklində tətbiq edilir. Gündə 2-3 dəfə 1 çay qaşığı yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Mədə xorası zamanı isə gündə 3 dəfə 1 desert qaşığı daxilə qəbul edilir. Yağın minimal qəbul müddəti 1-2 aydır. Müalicə kursu ildə 3 dəfə  təkrarlanmalıdır. Uşaqlıq yolu xəstəliklərində tampon şəklində tətbiq olunur.

Category: Tags: , Product ID: 2512

Description

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulularımız xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Son zamanlar təbii vasitələrə, o cümlədən bitkilərlə müalicəyə üstünlük verilməsi dərman bitkiləri istehsalına ehtiyac yaratdı. Elə bu səbəbdən 1998-ci il 25 maydan etibarən HERBA FLORA şirkəti fəaliyyətə başladı. Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. İstehlak bazarına çıxarılan həmin məhsullarla yanaşı xaricdən idxal olunan dərman bitkiləri də vardır. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir.

HERBA FLORA şirkəti istehsal etdiyi məhsulların yüksək keyfiyyətli olması üçün yeni texnologiyaları istehsalata tətbiq edir. Elə bunun nəticəsində şirkət indiyədək 200-dən artıq məhsul istehsal etməyə nail olmuşdur. Bunlardan 83-ü müalicəvi bitkilər, 24-ü bitki yığıntıları, 47-si ayrı-ayrı xəstəliklərin profilaktika və müalicəsində istifadə olunan fitoçaylar, 9-u şərbət, ALAQANQAL YAĞI, 4-ü müalicəvi Fitoton xınaları, 4-ü Fitoton həftəlik üz maskaları və gilləri, 3-ü Fitolosyon, 15-i müalicəvi Fitooil yağları, Ağrımaz kremi, 8 növdə Fitoton şampunları, 3 növdə Fitoton duş gelləri, Fitoton saç balzamı, Fitooil əl və üz kremləri, həmçinin Lorosept HF drajesidir. Əhalinin şirkətə olan çoxsaylı müraciətlərinə əsaslanaraq Herba Flora saytında, eləcədə Herba Flora və Zərif Çayları Facebook səhifəmizdə sual-cavab bölmələri fəaliyyətə başladı. Hal-hazırda şirkətin nəzdində ailəvi istirahət məkanı olan dörd Fito Club fəaliyyət göstərir.

ALAQANQAL