Close

Ağrımaz kremi

Tərkibi: Qara zirə yağı, Naftalan yağı, acı qırmızı bibərin qatı ekstraktı, meymun almasının qatı ekstraktı, küncüt yağı, propolis, evkalipt efir yağı, kamfora, metilsalisilat, krem əsası.

Farmakoloji qrupu: Ağrıkəsici, iltihab əleyhinə.

Farmakoloji təsiri: Kremin tərkibində olan təbii ağrıkəsici maddələr dəridən sorularaq ağrı reseptorlarını blokada edir, dərini qızışdırır, yerli olaraq qan dövranı və oksigen mübadiləsini yaxşılaşdırır, iltihabi əlamətləri zəiflədir. Ağrı sindromu ilə müşayiət olunan oynaq, əzələ və sinir xəstəlikləri, müxtəlif qapalı travmalar zamanı güclü ağrıkəsici effekt verir. Anestetik və ağrıkəsici təsiri dəriyə çəkildikdən 15-20 dəqiqə sonra başlayır.

İstifadəsinə göstəriş:

  • Oynaq ağrıları
  • Artrozlar
  • Osteoxondroz
  • Revmаtoid poliartrit
  • Revmatizmin oynaq forması
  • Radikulit
  • Nevralgiyalar
  • Miqren
  • Əzələ ağrıları
  • Bursitlər
  • Çıxıq və burxulmalar.

Əks göstəriş:

  • Hamiləlik və laktasiya
  • Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

İstifadəsi:

  • Gün ərzində 2-3 dəfə zədələnmiş və ya ağrıyan nahiyəyə çəkilir.
  • Selikli qişalara və açıq yaralara istifadəsi məsləhət deyil. Çəkildikdən sonra əllər sabunla təmiz yuyulmalıdır. Gözə və selikli qişalara təmas zamanı axar su ilə yuyulmalıdır.
  • Həssaslığın yoxlanılması üçün kremdən az miqdarda kiçik bir nahiyəyə çəkilir, 20-30 dəqiqə sonra kremə qarşı allergik reaksiya (qızartı, qaşınma, şişkinlik) baş vermədikdə istifadə oluna bilər.

Saxlanılma şəraiti: 250C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Reseptsiz buraxılır.

Dərman vasitəsi deyil.

Buraxılış forması: 30 qramlıq tübdə, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Məhsulun patent və satış hüququ Herba Flora firmasına məxsusdur.

Category: Product ID: 2468