fbpx
Close

AFRODİTA ÇAYI

Tərkibi: Səna yarpağı, yaşıl çay, məkkəgülü çiçəkləri, istiotlu nanə yarpağı.

Farmakoloji təsiri: Çay bağırsaqların peristaltikasını artırır, yoğun bağırsağın boşalmasını sürətləndirir, sidik ifrazını artırır və orqanizmi şlaklardan təmizləyir. Çayın qəbulu zamanı iştaha pozulmur, piy toxumasının parçalanması, maddələr mübadiləsi və oksidləşmə prosesləri sürətlənir. Effekti artırmaq üçün çayın qəbulu ilə yanaşı pəhriz, aktiv həyat tərzi, idman və ya gimnastika ilə məşğul olmaq məsləhətdir.

İstifadəsinə göstəriş: Müxtəlif etiologiyalı piylənmələrdə istifadə olunur.

İstifadə qaydası: 1-2 filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, soyudulur. Gündə 1-2 dəfə, hər dəfə 200 ml qəbul edilir. Qəbul müddəti 5 həftədir. Bir il ərzində 7-8 kurs keçmək olar. Hər kursdan sonra 1 həftə fasilə vermək məsləhətdir.

Kateqoriya: , Product ID: 2434

Description

Herba Flora şirkətinin Afrodita çayı piylənmələr zamanı verdiyi yüksək effekt sayəsində tez bir zamanda gözəl bədən quruluşuna sahib olmağa imkan verir. Çayın tərkibi səna yarpağı, yaşıl çay, məkkəgülü çiçəkləri, istiotlu nanə yarpağının mükəmməl kombinidir. Afrodita çayı tərkibindəki səna yarpağı hesabına bağırsaq peristaltikasını artırır, orqanizmdən şlakları çıxarır. İstiotlu nanə yarpağı, yaşıl çay yarpağı, məkkəgülü çiçəkləri sayəsində sidikqovucu effekt verərək orqanizmi toksinlərdən təmizləyir.

Məkkəgülü çiçəkləri piylənmələr zamanı antilipid, antisellülit effekt verərək sürətli arıqlamağa kömək edir. Həm də antioksidant olduğu üçün orqanizmdə sərbəst radikalları neytrallaşdıraraq zərərsizləşdirir, qocalma əleyhinə effekt verir. Afrodita çayı tez bir zamanda piy toxumasının parçalanmasını sürətləndirir, maddələr mübadiləsini və oksidləşmə proseslərini gücləndirir. Çayın qəbulu ilə yanaşı olaraq pəhriz, aktiv həyat tərzi və idmanla məşğul olsanız istədiyiniz bədən quruluşuna sağlamlığınıza zərər vurmadan sahib olacaqsınız. Afrodita çayı için, gözəlliyinizə qovuşun!

http://fizulihuseynov.com/