ADAÇAYI (SÜRVƏ) ÇAYI

ADAÇAYI (SÜRVƏ) ÇAYI

Tərkibi: Adaçayı yarpaqları.

Təsiri: Ağız boşluğu və udlağın selikli qişasına güclü antibakterial, büzücü və iltihab əleyhinə təsir göstərir, stomatitlər, gingivitlər və parodontoz zamanı dişətinin qan dövranını yaxşılaşdırır, yaraların sağalmasını sürətləndirir. Badamcıqların iltihabını və şişkinliyini, həmçinin boğazda olan ağrını azaldaraq angina və tonzillitlərin sağalmasnı sürətləndirir. Mədə turşuluğunu artırır, həzmi yaxşılaşdırır, bu səbəbdən də mədə turşuluğunun azalması və həzmin pozulması ilə müşayiət olunan mədə xəstəliklərində istifadə olunur.

Əks göstəriş: Hamiləlik, mədə qıcqırması, hiperasid qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi.

İstifadə qaydası: 1-2 filtr-bağlama 1 stəkan (200 ml) qaynar suda 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur, gündə 2-3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur və ya qarqara şəklində istifadə edilir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Oxşar Məhsullar