fbpx
Close

Polen – Çiçək tozu.

Polen – Çiçək tozu.

Polen. Tərkibində çoxlu vitamin, mineral, ferment və amin turşusu var. Arıların təbiətdən topladıqları çiçək tozu pətək girişindəki xüsusi tələlər vastəsilə toplanaraq, kölgədə qurudulur. Çünki, günəş işığı çiçək tozuna zərərlidir və bu səbəbdən onu rəngli qablarda saxlayırlar. Çiçək tozu bir çox xəstəliklərin müalicəsində və profilaktikasında istifadə edilir.

Tərkibi: çiçək tozunun rəngi və tərkibi gəldiyi bitkiyə görə müxtəlif olur. Çiçək tozunun rəngi 80%-i sarı, 20%-i qırmızı, qara, bənövşəyi və çəhrayı ola bilər. Çiçək tozunda amin turşuları, proteinlər, təbii hormonlar, piqmentlər, karbohidratlar, fermentlər, B1, B2, B3, B4, B5, B6, C, E, H, K və P vitaminləri mövcuddur. Çiçək tozunu kosmonavt yeməyi, cavanlıq eliksiri də adlandırırlar. Çiçək tozu arıların çiçəkləri gəzərək topladıqları kalori dəyəri yüksək və çox yaxşı bir protein qaynağıdır. Arılar onu arxa ayaqlarına yapışmış vəziyyətdə yuvalarına daşıyırlar. Əksəriyyəti sarı rəngdə olmaqla, təbiətdə demək olar ki, bütün rənglərdə mövcud olur. Bir çiçək tozunda nə qədər çox rəng varsa, o çiçək tozu o qədər çox çiçəkdən əldə edilmişdir.

İNSAN ORQANİZMİNƏ TƏSİRİ:

Stresə qarşı davamlılığı, düşünmə qabiliyyətini,diqqəti artırır,immun sistemini stimullaşdırır və beyin yorğunluğunu aradan qaldırır
• Ağciyər və qaraciyər iltihablarının müalicəsində müsbət təsir göstərir
• Radiasiyaya davamlılığı artırır
• Qanın laxtalanmasını və qanda xolesterinin miqdarını azaldır.Qan damar sisteminin işini,həzm prosesini normallaşdırır və qanı artırır
• Sidik yollarıda,prostat vəzinin hipertrofiyasının fəsadlarının azalmasında, böyrək rahatsızlıqlarında istifadə edilir
• Uşaqların iştahlarının açılmasında və zehinlərinin inkişafında faydalıdır
• Infarkt, ürək çatışmazlığı, xolestrol yüksəkliyi və yüksək təzyiqə faydalıdır
• Riboflavin sayəsində görmə qabiliyyətini artırır, dərini təravətləndirir və cavanlaşdırır və s.

Çiçək tozunun istifadə qaydası:

• Böyüklər üçün gündə 8-10 qr
• Uşaqlar üçün gündə 4-5 qr
• Körpələr üçün gündə 2-3 qr.
Çiçək tozunun səhər acqarına istifadəsi məsləhətdir. Xüsusi vəziyyətlərdə yuxarıda göstərilən dozaları 3 qata qədər artırmaq olar. Çiçək tozunu birbaşa ya da çox isti olmamaq şərtilə suya və ya südə qarışdıraraq içmək olar .Öz qutusunda sərin yerdə – soyuducuda saxlanılmalıdır.
Əks göstərişlər: Çiçək tozuna qarşı allergik reaksiya çox nadir hallarda müşahidə olunur. Buna baxmayaraq, arıçılıq məhsulları ilə müalicədən qabaq onlara qarşı allergik reaksiya yoxlanılmalı və ilkin qəbul prosedurları həkim nəzarəti altında olmalıdır. Diabetin qabarıq şəkildə bilindiyi hallarda çiçək tozu ilə balın qarışığından istifadə etmək məsləhət deyil. Polen.

https://www.herba-flora.com/

http://fizulihuseynov.com/

Add Comment

Your email address will not be published. Required fields are marked *