fbpx
Close

Şəkərli diabet

Şəkərli diabet

Şəkərli diabet.

Şəkərli diabet xroniki xəstəlik olub maddələr mübadiləsinin pozulması nəticəsində qanda qlükozanın miqdarının yüksəlməsi ilə xarakterizə olunan və orqanizmin bütün orqan və sistemlərinin zədələnməsinə gətirib çıxaran patalogiyadır. Şəkərli diabetin I və II olaraq 2 əsas növü ayırd edilir.I tip şəkərli diabet zamanı orqanizmdə sintez olunan insulinin nəzərə çarpan dərəcədə çatışmazlığı müşahidə edilir. Şəkərli diabetin bu növü ilə adətən 40 yaşınadək insanlar xəstələnir və onların müalicəsi üçün daimi insulin inyeksiyası tələb olunur. Şəkərli diabet tip II, 40 yaşdan sonra, adətən yaşlılarda təsadüf edilir.

60 yaşdan sonra hər 12-ci adam diabetlə xəstələnə bilir. Şəkərli diabetin bu növü o halda inkişaf edir ki, orqanizm insulin sintez etmək qabiliyyətini saxlayır, lakin bu insulin ya kifayət etmir, ya da düzgün istifadə oluna bilmir. Şəkərli diabet tip II müalicəsində dərman preparatlarından əlavə, insulin inyeksiyaları ilə kombinə olunmuş üsuldan istifadə etmək olar. Diabetli xəstələr yorğunluq, halsızlıq, susuzluq, tez-tez sidik ifrazı, arıqlama, qaşınma kimi şikayətlər verir. Şəkərli diabet xəstəliyi diaqnozu qoyulduqdan sonra həkim xəstəliyin müalicə taktikasını müəyyən edir.

Diabeti xəstəlik deyil, həyat tərzinə çevirmək üçün düzgün qidalanma və fiziki aktivlik əsas şərtlərdir. Sağlam qidanın əsas prinsipi isə yüngül və sadə olmasıdır. Şəkərli diabet xəstələri üçün ayrıca qida hazırlamağa da ehtiyac yoxdur, bütün ailə onun rasionuna uyğun sağlam qida ilə qidalana bilər. Sağlam balanslaşmış pəhriz və daim fiziki aktivlik çox böyük əhəmiyyət kəsb edərək diabetin gedişini, ağırlaşmalarını, təzyiq və qanda xolesterinin miqdarını tənzimləməyə kömək edir. Nəticədə diabetin fəsadlarının, məsələn, infarktın, insultun, böyrək çatışmazlığının, ayaqlarda qanqrenanın, görmənin zəifləməsinin əmələ gəlmə riskini azaltmaq olar.

Diabetli xəstələrin qəbul etdiyi qidanın tərkibi haqqında bilməyi olduqca vacibdir. Yeyilən qidalar fərqli tərkibə və fərqli kaloriyə malik olduğu kimi orqanizmdə şəkərin miqdarına da fərqli təsir edir. Zülallar boy və orqanizmin qurulması üçün vacibdir. Ət, balıq, quş əti zülal ilə zəngindir. Yağlar – qəbul edilən qidada az da olsa olmalıdır. Bunlar yağda həll olan vitaminləri sorulması və xolesterin mübadiləsi üçün önəmlidir. Ancaq yadda saxlamaq lazımdır ki, yağlar karbohidratlardan 2 dəfə çox kaloriyə malikdir. Diabet ürək xəstəlikləri riskini artırdığına görə qəbul etdiyiniz qidada yağın miqdarına nəzarət etmək son dərəcə vacibdir.

Herba Flora.

https://www.herba-flora.com/

http://fizulihuseynov.com/