Close

Sarıkök.

Sarıkök.

Sarıkökün vətəni Cənubi Asiyadır. Çin, Hindistan, Pakistanda yetişir. Azərbaycanda iqlim şəraiti sarıkök becərmək üçün münasib deyil.

Kimyəvi tərkibi:
Sarıkökü təşkil edən əsas maddə kurkumindir. 3 q sarıkökdə təqribən 30-40 mq kurkumin var. Tərkibi fosfor, dəmir, yod və kalsium, C, B 1, B 2 , B 3 və K vitaminləri ilə zəngindir.

Faydalı xüsusiyyətləri:
Yeməklərimizə çox gözəl dad və rəng verən sarıkök həm də effektli müalicəvi vasitədir. Tərkibindəki efir yağı antioksidant rolu oynayaraq orqanizmi şlak, toksin, sərbəst radikallar və digər zərərli maddələrdən təmizləyir. Daimi istifadəsi orqanizmi cavanlaşdırır. Gün ərzində 2-3 xörək qaşığı sarıkök istifadə etmək xərçəng xəstəliyi üzərində güclü təsirə sahib olmaq deməkdir. Belə ki, ondan süd vəzisi, yoğun bağırsaq, dəri, prostat xərçəngi başda olmaqla, bir çox şiş xəstəliklərinin müalicəsində alternativ kimi istifadə edilir. Prostat xərçəngində gül kələmi ilə qarışdırılıb qəbul olunması daha effektlidir, onun inkişafını dayandırır. Sarıkök təbii qaraciyər təmizləyicisi olmaqla yanaşı, həm də ağrıkəsicidir. Güclü antiseptik və antibakterial xüsusiyyətlərə malik olduğuna görə onu hətta “təbii antibiotik” də adlandırırlar. Soyuqdəyəmə, qrip, köpdən əziyyət çəkənlərin sarıkökdən istifadə etmələri məsləhətdir. Sübut olunub ki, sarıkök beyin fəaliyyətinə müsbət təsir edir, yaddaşı və təfəkkürü yaxşılaşdırır.

Reseptlər:
Mədə – bağırsaq xəstəlikləri, diareya və meteorizm
1 çay qaşığı sarıkök tozu 1 stəkan suda həll edilir. Yeməkdən yarım saat əvvəl içilir.
Boğaz ağrıları
Hərəsindən yarım çay qaşığı olmaqla duz və sarıkök 1 stəkan ilıq suda qarışdırılaraq qarqara edilir. Qarışıq boğazdakı ağrını aradan qaldırır, damaq və ağız boşluğuna sağaldıcı təsir göstərir.
Astma
1 stəkan qaynadılmış südə 1 çay qaşığı sarıkök, 2 çay qaşığı bal əlavə edilib qarışdırılır. Gün ərzində 2-3 dəfə yarım stəkandan daxilə qəbul edilir. Bu resept öskürəyi, bronxlarda olan spazmı aradan qaldırır.
Soyuqdəymə
1 çay qaşığı sarıkökün üzərinə bal əlavə olunur, sonra ağızda çox saxlanılaraq, sorulur. Bu üsul soyuqdəyməni aradan qaldırır, bəlğəmgətirici təsir göstərir.

http://fizulihuseynov.com/news/tebii-antibiotik-propolis-247

https://www.herba-flora.com/product/propolis-pediatrik-spreyi/

Add Comment

Your email address will not be published. Required fields are marked *