Close

Mədə sallanması.

Mədə sallanması.

Mədə sallanması – mədə bağlarının boşalması halıdır ki, mədənin həm sinir təchizatının həm qidalanmasının, həm də hərəki funksiyasının pozulması nəticəsində əmələ gəlir. Mədə sallanması olan insanlarda ürəkbulanma, qida qəbulundan sonra uzun müddət mədədə yemək qalması və həzmin ağır getməsi kimi şikayətləri olur. Belə xəstələr əllərini mədə üzərinə qoyanda, sanki ürəkləri mədədə yerləşirmiş kimi əl altında ürək vurğularını hiss edir.

Belə hallarda nə etməli?

1. Xəstə arxası üstə uzadılır, zeytun  yağı ilə yavaş-yavaş mədə nahiyəsi aşağıdan yuxarıya doğru 15 dəqiqə  masaj edilir. Bundan sonra xəstə qarnını bacardığı qədər içəri çəkir, həkim əl ilə mədə yuxarı qaldırılır və onun mədəsinin altından bərk-bərk bağlayır və xəstə bu sarığı səhərdən axşama qədər  bağlı saxlayır. Bu müalicəni 2 gündən bir 3-5 dəfə etmək lazımdır.

2. Acı badam toxumu, onu tapmaq çətin olarsa acı ərik toxumu xırda doğranır, 1 xörək qaşığı 1 stəkan suda 10 dəqiqə dəmlənir, dəmləmə ilə arpa unu yoğrulur, xəmir edilir və mədə üzərinə qoyulub bağlanır. Bunu 2 gündən bir sağalana qədər etmək olar. Quru acı badam tumunu qəhvəüyüdəndə üyüdüb 1 stəkan suya qarışdırıb xəmir yoğurd mədə üstünə qoyanda  daha yaxşı nəticə alınır. Gündə 1 dəfə hər dəfədə 3-4 saat saxlaya bilərsiniz, müalicəni 1 həftə edə bilərsiniz, əgər mədə üzərində səpgilər əmələ gələrsə müalicəni dayandırmaq lazımdır.

3. Palıd qabığı 2 xörək qaşığı 1 stəkan suda 5 dəqiqə qaynadılır, süzülür, suyuna əzilib toz formasına salınmış lobya unu əlavə olunaraq xəmir yoğrulur və mədə üzərinə qoyulub bağlanır. Gündə 1 dəfə hər dəfə də 3-4 saat saxlaya bilərsiniz, müalicəni 1 həftə edə bilərsiniz, əgər mədə üzərində səpgilər əmələ gələrsə müalicəni dayandırmaq lazımdır.

4. Heyva meyvəsinin şirəsi çəkildikdən sonra qalan tullantısından 1 stəkan götürülür, üzərinə 2 xörək qaşığı adi xına və az miqdarda su əlavə edilərək 5 dəqiqə bişirilir, sonra palıd qabığı tozu əlavə edilir, qarışdırılır və mədə üzərinə qoyulub bağlanır. 2-4 saat saxlaya bilərsiniz.

Müəllif: Fizuli Hüseynov.

Add Comment

Your email address will not be published. Required fields are marked *