fbpx
Close

Limon

Limon

Limon xoşagələn qoxusuna və dadına görə hər kəsin sevdiyi meyvədir. Süfrələrimizin bəzəyi olan yerli Azərbaycan limonu Lənkəran-Astara zonasında yetişdirilir. Sitrus meyvələrindən olan limonun daha çox cənub zonasında yetişdirilməsinin əsas səbəbi o zonanın iqlimi ilə bağlıdır. Limon ilin bütün fəsillərində bol olan məhsuldur. Tərkibində vitamin C nin çoxluğuna görə birinci yerdə duran meyvələrdən biridir və ən çox vitamin C qabığının altındakı ağ mantara bənzər hissəsindədir. Yerli limon qabığının qalınlığı, möhkəmliyi və turşuluğunun çoxluğuna görə fərqlənir kı, bu xüsusiyyətlərinə görə də uzun müddət istifadəyə yararlı olaraq qala bilir.

Təzyiq

Xoş ətrinə görə limon tənəffüs yollarını genişləndirir, təzyiq, ürək fəaliyyətinə müsbət təsir göstərir, iştaha açıcı effektə malikdir. Müalicə məqsədi ilə limon şirəsinin və bir sıra bitkilərin şirəsinin qarışımından dadlı içkilər hazırlanır. Məsələn müəyyən miqdar limon şirəsi və cəfəri bitkisinin şirəsinin qarışımından ateroskleroz xəstəliyində damarların divarındakı aterosklerotik düyünləri təmizləmək məqsədi ilə istifadə edilir ki, bu onun antixolesterin təsirə malik olduğunun göstəricisidir. Bu qarışım həm də arterial təzyiqi aşağı salır.

Revmatizm və revmatik poliartrit zamanı limon şirəsinin sarımsaq şirəsi ilə qarışımından istifadə edilir. Bunlardan başqa balla da limon şirəsinnən qarışımına zəncəfil, mixək, darçın kimi bitkiləri əlavə edərək müxtəlif məqsədlərlə xalq təbabətində istifadə edilir. Həkimlər tərəfindən qəbul olunmasa da xalq təbabətində limondan təzyiqi səlmaq məqsədi ilə tək şəkildə daha çox istifadə edirlər. Limon həm antioksidant, həm də antitoksik təsirə malikdir. Orqanizmi toksinlərdən təmizləyərək həzmi və iştahanı yaxşılaşdırır. Limonun əsas xüsusiyyətlərindən biri də piyləri parçalayaraq arıqladıcı effekt verməsidir. Belə ki səhərlər bir stəkan isti suya limon şirəsini əlavə edib içmək antilipid və antisellülit təsir göstərərək təbii və normal yönümdə insanın çəkisini azaldır, orqanizmi tonuslandırır və immunitetini yüksəldir.

30. 04. 2020

Müəllif: Həkim-nevroloq Axundova Qəndab.

http://fizulihuseynov.com/

https://www.herba-flora.com/