Close

İshal zamanı pəhriz.

İshal zamanı pəhriz.

Sutkada 5-6 dəfə az miqdarda qida qəbul olunmalıdır.
Məsləhətdir:

Boyat ağ çörək, makaron məmulatları (az miqdarda), yağsız balıq və mal əti (qaynadılmış və ya buxarda bişirilmiş), düyü sıyığı və həlimi, tərəvəzlər (kartof, kök bişmiş halda), yumurta (həftədə 5-6 ədəd), kərə yağı (5 qr), bişmiş qabıqsız alma, yağsız kəsmik, qatıq, süzmə, rəngsiz şirin çay, qəhvə, Qastren çayının dəmləməsi, qazsız su, şüyüd və cəfəri dəmləmələri.

Qadağandır:

Yağlı mal, qoyun və balıq ətləri, heyvani məhsullar (qaraciyər, böyrək, beyin), arpa və kəpəkli buğda çörəkləri, mayalı şirniyyatlar, paxlalı bitkilər, konservləşdirilmiş məhsullar, süd, qaymaq, tərəvəzlər (kələm, turp, çuğundur, xiyar), ədviyyat və souslar, turş meyvələr, giləmeyvələr, soyuq, qazlı içkilər.

Add Comment

Your email address will not be published. Required fields are marked *