fbpx
Close

İran xurması haqqında.

İran xurması haqqında.

İran xurması.

İran xurması.İran xurması və ya xurma palması Şimali Afrika, Ərəbistan yarımadası, İraq və İranın cənubunda yayılan palma ağacıdır. Xurmanın 1500-ə qədər sortu var.

Faydalı xüsusiyyətləri:
İnsanın sutkalıq maqnezium, mis, kükürd tələbatını, həmçinin dəmir tələbatının yarısını, kalsium ehtiyacının isə dörddə birini ödəmək üçün cəmi 10 ədəd xurma yemək kifayətdir. Xurma zülal və şəkərlərlə zəngin olsa da tərkibində çox az miqdar yağ var . Bunlar da əsas etibarı ilə doymamış yağ turşularından ibarətdir. Bunlardan əlavə. Xurma meyvələrinin tərkibində qida lifləri, üzvi turşular, kül, vitaminlərdən B1, B2, B3, B6, C, PP, mikroelementlərdən kalium, natrium, fosfor var. Qədim zamanlardan xurma öz faydalı xüsusiyyətləri ilə məşhurdur.

Hesab olunurdu ki, bu meyvələr bədənə güc verir. Dözümlülüyü artırır. Ömrü uzadır. Kişilərdə cinsi qabiliyyəti artırır. Müasir dövrdə xurma meyvələrindən anemiya, ağciyər xəstəlikləri, bəlğəmli öskürək zamanı, həmçinin zehni fəaliyyəti yaxşılaşdırmaq üçün istifadə olunur. Xurmanın tərkibində olan bitki lifləri bağırsaqların peristaltikasını tənzimləyir. Toksinlərin qana sorulmasının qarşısını alır və onkoloji xəstəlik riskini azaldır. Xurma diyetik xüsusiyyətlərinə və qidalılıq dərəcəsinə görə dənli bitkilərlə müqayisə oluna bilər.

Diyetoloqların fikrincə bir ədəd xurma və bir stəkan süd orqanizmin qidalı maddələr olan minimal ehtiyacını ödəyə bilər. Təzə xurma meyvəsinin tərkibində 23 növdə aminturşu, qurudulmuş halda isə 65% şəkər olur. Bu da başqa meyvələrlə müqayisədə ən yüksək göstəricidir. Şəkərlər əsas etibarı ilə fruktoza və qlükozadan təşkil olunduğundan piylənmə və şəkərli diabetdən əziyyət çəkənlərin ehtiyatla istifadə etməsi tövsiyə olunur.

Hamilə qadınlaraın və südverən anaların qida rasionuna xurma əlavə etmək faydalıdır. Elmi araşdırmalarla sübut olunub ki, meyvənin tərkibində olan bioloji aktiv maddələr hamiləliyin son aylarında uşaqlıq əzələlərini möhkəmləndirir, bununla da həm doğuşun asan keçməsini, həm də doğuşdan sonra uşaqlığın daha tez yığılmasını təmin edir. Bununla yanaşı, xurma ana südünü vitamin və minerallarla zənginləşdirir, körpənin sağalm böyüməsinə kömək edir.

Müalicəvi reseptlər.

Quru dəri üçün maska: 5-6 ədəd xurmanın tumu çıxarılır, əzilir və 1 xörək qaşığı itburnu yağı ilə qarışdırılır, üzə maska kimi qoyulur, 20 dəqiqədən sonra ilıq su ilə yuyulur. Maska dərini tonuslandırır və rəngini yaxşılaşdırır.

Meteorizm: 2 ədəd xurma əzilir, 1 qəhvə qaşığı üyüdülmüş qara zirə toxumları ilə qarışdırılır və yeməkdən 1 saat əvvəl qəbul olunur. Distrofiya: südə yarım stəkan yumru düyü və 5-6 ədəd xurma əlavə olunur, sıyıq halına gələnə qədər bişirilir, hər gün səhər yeməyində yeyilir. Anemiya və xroniki yorğunluq: 10 ədəd xurma 1 litrlik şüşə bankaya qoyulur, üzərinə 1 çay qaşığı xırdalanmış təzə zəncəfil, 1/8 çay qaşığı hil, bir çimdik zəfəran əlavə olunur. Bankanın qapağı bağlanır, və isti yerdə 2 həftə saxlanır. Bundan sonra hər səhər 1 ədəd xurma yeyilir və 1/3 stəkan dəmləmə içilir.

İmpotensiya:1 stəkan xurma, 2 stəkan isti süd və 1 çay qaşığı darçın tozu qarışdırılır, 1 sutka zərin yerdə saxlanır, gün ərzində xurmalar yeyilir, üstendən süd içilir.

Qəbizlik: hərəsindən 5 ədəd xurma və qara gavalı qurusu yarım litr suda bişirilir, soyudulduqdan sonra 1 stəkanı səhər acqarına içilir, qalan bişirməyə bir ovuc yulaf lopası tökülür, yarım saatdan sonra hazır olan meyvəli yulaf sıyığı səhər yeməyində yeyilir. İran xurması.

http://fizulihuseynov.com/

https://www.herba-flora.com/

Add Comment

Your email address will not be published. Required fields are marked *