İmmuniteti gücləndirmək və arıqlamaq üçün pəhriz.

İmmuniteti gücləndirmək və arıqlamaq üçün pəhriz.

I gün

Səhər: 1 ədəd meyvə, 1 fincan İmmunotea çayı, 1,5 xörək qaşığı doğranmış və ya sürtgəcdən keçirilmiş qoz, 1 fincan az yağlı və ya yağsız süd. 2 kiçik dilim pəhriz çörəyi.
Günorta: 2 dilim çörək. Göyərtilərdən və tərəvəzlərdən hazırlanmış salat (yağsız sous əlavə etmək olar). 1 ədəd meyvə, 4 dilim suda bişirilmiş file, 30 qram sobada bişirilmiş kartof.
Axşam: sobada bişirilmiş toyuq və kartof, 1 porsiya suda bişirilmiş brokkoli, salat, 1 ədəd meyvə.

II gün

Səhər: 3 ədəd pəhriz peçenyesi.

2 ədəd meyvə.

1 fincan az yağlı və ya yağsız süd.

1 fincan İmmunotea çayı.

Yarım kasa yağsız qatıq.

Günorta: Yağsız, sobada bişmiş toyuq əti (yanında göbələk və ya başqa tərəvəz) , salat.

1 ədəd meyvə.

4 ədəd şəkərsiz keks.

Bir fincan az yağlı və ya yağsız süd, yarım stəkan meyvə şirəsi (portağal və ya qreypfrut).

Axşam: Suda bişirilmiş toyuq, salat, 1 ədəd meyvə.

III gün

Səhər: 2 ədəd pəhriz peçenyesi.

1 fincan az yağlı və ya yağsız süd.

2 ədəd meyvə, yarım kasa az yağlı və ya yağsız qatıq.

1fincan İmmunotea çayı.

Günorta:

1 porsiya sobada bişmiş yağsız balıq, salat, 1 ədəd meyvə.

1 kiçik kasa az yağlı və ya yağsız qatıq.

Axşam: Sobada bişmiş toyuq kotleti, makaron, 1 ədəd meyvə, kiçik kasada salat.

IV gün

Səhər: 2 dilim pəhriz çörəyi.

bir fincan az yağlı və ya yağsız süd.

1 ədəd meyvə, 1 fincan İmmunotea çayı.

2 çay qaşığı bal.

Günorta: sobada bişmiş yağsız balıq. salat,

1 ədəd meyvə.

2 fincan az yağlı və ya yağsız süd.

100 qram xiyar, 150 qram kök.
Axşam: 1 porsiya tərəvəz supu, sobada bişmiş toyuq, az yağlı plov, salat, 1 ədəd meyvə.

V gün

Səhər: 2 dilim az yağlı un məmulatı.

1 kiçik kasada az yağlı və ya yağsız qatıq.

2 ədəd meyvə.

1,5 fincan az yağlı və ya yağsız süd.

1 fincan İmmunotea çayı, 2 çay qaşığı bal.

Günorta: 1 porsiya sobada bişmiş yağsız balıq, salat.

1 ədəd meyvə.

4 ədəd pəhriz peçenyesi.

2 dilim pəhriz çörəyi.

Axşam: Sobada bişmiş toyuq, suda bişmiş kartof, 1 ədəd meyvə, salat.

VI gün

Səhər: 3 xörək qaşığı pəhriz mürəbbəsi, 1,5 fincan az yağlı və ya yağsız süd, 1 fincan İmmunotea çayı, 3 ədəd qurabiyə, 1 ədəd meyvə.
Günorta: 1 porsiya az yağlı sobada bişmiş balıq, salat, 1 fincan az yağlı və ya yağsız süd, 4 ədəd şəkərsiz keks, 1 ədəd meyvə, yarım stəkan şəkərsiz meyvə şirəsi.
Axşam: Ədviyyatlı toyuq, 2 dilim pəhriz çörəyi, salat.

VII gün

Səhər: 2 ədəd az yağlı bulka, 1 ədəd meyvə, 1 fincan az yağlı və ya yağsız süd, 1 kiçik kasa az yağlı və ya yağsız qatıq, 1 fincan İmmunotea çayı.
Günorta: 1 porsiya suda bişirilmiş ədviyyat vurulmuş toyuq filesi, 1 ədəd meyvə, salat, 1 fincan az yağlı və ya yağsız süd, 6 ədəd xırt-xırt peçenye (karaker).
Axşam: Tərəvəzlərdən hazırlanmış yemək, salat, 1 ədəd meyvə.

Qeyd: Şəkərli diabet, hipertoniya və ya həzm sistemi xəstəlikləri olanlar hər hansı bir pəhrizə başlamazdan öncə mütləq öz həkimləri ilə məsləhətləşməlidirlər.