fbpx
Close

Haqqımızda

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulularımız xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Son zamanlar təbii vasitələrə, o cümlədən bitkilərlə müalicəyə üstünlük verilməsi dərman bitkiləri istehsalına ehtiyac yaratdı. Elə bu səbəbdən 1998-ci il 25 maydan etibarən HERBA FLORA şirkəti fəaliyyətə başladı. Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. İstehlak bazarına çıxarılan həmin məhsullarla yanaşı xaricdən idxal olunan dərman bitkiləri də vardır. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir.

img

HERBA FLORA şirkəti istehsal etdiyi məhsulların yüksək keyfiyyətli olması üçün yeni texnologiyaları istehsalata tətbiq edir. Elə bunun nəticəsində şirkət indiyədək 200-dən artıq məhsul istehsal etməyə nail olmuşdur. Bunlardan 83-ü müalicəvi bitkilər, 24-ü bitki yığıntıları, 47-si ayrı-ayrı xəstəliklərin profilaktika və müalicəsində istifadə olunan fitoçaylar, 9-u şərbət, 4-ü müalicəvi Fitoton xınaları, 4-ü Fitoton həftəlik üz maskaları və gilləri, 3-ü Fitolosyon, 15-i müalicəvi Fitooil yağları, Ağrımaz kremi, 8 növdə Fitoton şampunları, 3 növdə Fitoton duş gelləri, Fitoton saç balzamı, Fitooil əl və üz kremləri, həmçinin Lorosept HF drajesidir. Əhalinin şirkətə olan çoxsaylı müraciətlərinə əsaslanaraq Herba Flora saytında, eləcədə Herba FloraZərif Çayları Facebook səhifəmizdə sual-cavab bölmələri fəaliyyətə başladı. Hal-hazırda şirkətin nəzdində ailəvi istirahət məkanı olan dörd Fito Club fəaliyyət göstərir.

img

İstehlakçıları yüksək keyfiyyətli dərman bitkiləri və fitoçaylarla, həmçinin bitki ekstraktları ilə təmin etməyi qarşısına məqsəd qoyan, yeni növ məhsulların istehsalı üçün tədqiqatlar aparan HERBA FLORA şirkəti ATU-nun Əczaçılıq fakültəsinin, Turizm İnstitutunun tələbə-təcrübə bazasıdır. Həmçinin, Tibb Universitetində keçirilən konfrans və seminarlara təşkilati dəstək göstərir.
HERBA FLORA şirkəti beynəlxalq İSO 9001:2008 keyfiyyəti idarəetmə sisteminin standartlarına uyğun fəaliyyət göstərir. Şirkətimiz 2013-cü ildə Gözəllik sərgisinin, 2009, 2010, 2011, 2012, 2014, 2015 və 2016-cı illərdə Azərbaycan Beynəlxalq Səhiyyə, Gözəllik və Estetik Tibb sərgilərinin, iştirakçısı olmuş, “Ən yaxşı məhsul nümayişi”, “Ən yaxşı korporativ stil” və “Ən uzunmüddətli iştirakçı” sertifikatlarına layiq görülmüşdür. Məhsulları ilə istehlakçıları daim məmnun edən HERBA FLORA yeni məhsulların istehsalını davam etdirir.

Sizə Sağlamlıq Arzulayırıq!

MÜŞTƏRİLƏRİMİZİN RƏYİ

Uğurlar diləyirəm.Təbii məhsullarla müalicə sahəsinfə maarifləndirmə işiniz çox təqdirə layiqdi.
Herba Floraya gələcək işlərində ugurlar arzulayıram. Nailiyyətləri davamlı olsun , qazandıgı inam və etibarı axıraqədər qoruyub saxlaya bilsin!
Herba Flora şirkətinin bütün fəaliyyəti insanların xoşbəxt və sağlam gələcəyinin üzərində qurulub. İstehsal etdiyi tam təbii və kimyəvi qatqısız məhsulları ilə insanları sağlığına qovuşdurur və onlara sağlam olmağı, sağlıqlı gələcəyə doğru getməyi arzulayır. Herba Flora şirkətinə fəaliyyəti boyunca uğurlar arzu edirəm və istehlakçılarının qayğısına qaldığı və onlara sağlamlıq arzuladığı üçün təşəkkür edirəm!
Daim istifada ediram muxtalif ot caylarindan. cox raziyam
60 manatliq mecunla boyuk belalardan qurtuldum, Allahin komeyile. Emeliyyata getseydim 1000 manat edecekdi. Neticede muveqqeti olacaqdi. Hamiya tovsiye edirem Herba floranin mehsullarini.
Nə vaxt sağlamlığımla əlaqədar problemim olsa, ilk müraciət etdiyim Herba Flora məhsullarıdır. Həm ucuz, həm də çox effektlidirlər. Mən daha çox kosmetik vasitələr və yağlardan istifadə edirəm. Yeri gəldikcə hamıya məsləhət görürəm. Müşahidə edirəm ki, həkimlərimiz də Herba Flora məhsullarına çox güvənirlər. Çox sevinirəm ki, bu gözəl məhsullar ölkəmizi təmsil edir.
Bəhruz Muxtarov
İlham Atakişiyev
Nəcməddin Axundov
Zaur Dadaşov
Aydan Nəcəfli
Əsmər Həmid

SERTİFİKATLARIMIZ