fbpx
Close

Günəbaxan tumunun faydaları.

Günəbaxan, hər kəs tərəfindən sevilərək yeyilən vacib bir qida mənbəyidir. Son dərəcə qidalandırıcı bir qida olduğundan, bir çox mineral və vitaminlərlə (A, E, D və B qrupu) zəngindir. Bu zaman günəbaxanın faydaları nələrdir? Aparılan araşdırmalar günəbaxanın stres, narahatlıq, depressiya və yaddaş pozğunluğuna qarşı yardımçı qida olduğu bildirilir.

  • – Strese qarşı olduqca təsirli və təbii müalicə növüdür.
  • – Depresiyanı aradan qaldıraraq antidepresan təsir göstərir.
  • – Unutqanlığı aradan qaldırır və yaddaşı gücləndirir
  • – Toxumdakı lif həzm sisteminin sağlamlığına kömək edir, zərərsizləşdirir və uzun müddət toxluq hiss etdirir.
  • – Həmçinin günəbaxan minerallarla zəngindir: maqnezium, kalsium, sink, dəmir və flor, müxtəlif turşular xolesterol səviyyəsinin aşağı düşməsinə kömək edir.
  • – B1, B5, folik turşusu və E vitaminlərinin orqanizmə ötürülməsi üçün təbii vasitədir.
  • – Tərkibindəki yağla yaxşı xolesterolu artırır
  • – Həm ürəyi, həm də ürək-damar sistemini qorumaq qabiliyyətinə malikdir
  • – Panik pozğunluğundan əziyyət çəkən insanlar üçün həkimlər tərəfindən də tövsiyə olunur
  • – Beyin funksiyalarını gücləndirir.
  • – Qan təzyiqini tənzimləyir və qan dövranını yaxşılaşdırır.
  • – Zəngin maqnezium sayəsində immunitet sistemini xüsusilə gücləndirir və beləliklə insanların müxtəlif xəstəliklərə qarşı müqavimət qazanmasına şərait yaradır.
  • – Sinir sistemini tənzimləyir.
  • – Azheimer xəstəliyində tamamilə təbii bir əlavə müalicə olaraq istifadə edilə bilər.
  • – Emosional vəziyyəti tənzimləyir və insanların özlərini daha rahat hiss etmələrinə imkan verir.
  • – Bədəndəki şişkinliyi və dəmir çatışmazlığını aradan qaldırır
  • – Günəbaxan toxumları tərkibindəki vitaminlər, yağlar hesabına dəri və saçlar üçün faydalıdır.
  • – Qanda şəkər səviyyəsini tənzimləmək qabiliyyətinə malikdir.
  • – Zülal sintezini dəstəkləyir.
  • – Tiroid vəzlərinin daha müntəzəm işləməsinə imkan verir.
  • – Ateroskleroz, infarkt və insult xəstəliklərində profilaktik olaraq yeyilir.

Hər kəsin sevərək yediyi günəbaxan tumu neçə kaloridir?

1 kasa günəbaxan tumunda neçə kalori var? – 150 qramlıq porsiya üçün 876 kkal.

1 ovuc günəbaxan tumu neçə kaloridir? – 36 qramlıq porsiya üçün 210 kkal.

100 qram günəbaxan tumu neçə kaloridir? – 100 qram günəbaxan tumu 584 kkal.

https://www.herba-flora.com/

http://fizulihuseynov.com/

Add Comment

Your email address will not be published. Required fields are marked *