fbpx
Close

Qastroson

 

 

Tərkibi: Çaytikanı yağı, zəyərək yağı və propolislə

Çaytikanı yağının tərkibində karotin, E, P, C, B qrupu vitaminləri, üzvi turşular, fosfolipidlər, mikroelementlər (Co, Ni, Mg, Cu, Ag, Fe, Si) var.

Zəyərək toxumunun yağının tərkibində antioksidantlar, selikli birləşmələr, doymamış yağ turşuları (Omeqa-3, Omeqa-6), linamarin qlikozidi var.

Propolisin tərkibində terpen turşular. bitki qətranı, aşı maddələr, efir yağları, mum, üzvi turşular, flavonoidlər var.

Təsiri:

Çaytikanı yağı dəri və selikli qişaların regenerasiyasını stimulyasiya edərək yanıqların, trofik xoraların, mədə və 12 barmaq bağırsaq xoralarının sağalmasını sürətləndirir. Bakterisid və ağrıkəsici təsir göstərir. Lipid mübadiləsini tənzimləyir, qanda xolesterinin miqdarını azaldır.

Zəyərək toxumunun yağı qida borusunun, mədə və bağırsaqların, ağız və burun boşluğunun, uşaqlıq yolunun selikli qişasına bürüyücü təsir göstərir, eroziya və xora nahiyəsində sinir ucluqlarının qıcıqlanmasını azaldır, bürüyücü qatın altında regenerasiya sürətlənir.

Propolis güclü antibakterial, antivirus və göbələk əleyhinə təsirlərə malikdir. Ağrıkəsici, iltihab əleyhinə və yarasağaldıcı xüsusiyyətlərinə görə ağrı ilə müşayiət olunan mədə-bağırsaq xoralarında tətbiq olunur.

Göstərişlər:

Mədə xoraları

Onikibarmaq bağırsaq xoraları

Düz bağırsaq çatları

Babasil

Qəbizlik

Əlavə təsiri: fərdi allergik reaksiya

Əks göstəriş: xolesistit, öd daşı xəstəliyi, pankreatit, diareya.

İstifadəsi:

Daxilə gündə 2 dəfə 1 çay qaşığı yeməkdən 20 dəqiqə əvvəl qəbul edilir. Müalicə 30 gün müddətində aparılır.

Xaricə islatma və sarğı şəklində tətbiq olunur, sarğı hər gün dəyişdirilir.

Düz bağırsaq xəstəliklərində gündə 2 dəfə 1-2 ml mikroimalə şəklində istifadə olunur. Müalicə müddəti 7-14 gündür.

Buraxılış forması: 250 ml flakonda.

Category: Tag: Product ID: 5538

Description

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulularımız xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Son zamanlar təbii vasitələrə, o cümlədən bitkilərlə müalicəyə üstünlük verilməsi dərman bitkiləri istehsalına ehtiyac yaratdı. Elə bu səbəbdən 1998-ci il 25 maydan etibarən HERBA FLORA şirkəti fəaliyyətə başladı. Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. İstehlak bazarına çıxarılan həmin məhsullarla yanaşı xaricdən idxal olunan dərman bitkiləri də vardır. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir.

HERBA FLORA şirkəti istehsal etdiyi məhsulların yüksək keyfiyyətli olması üçün yeni texnologiyaları istehsalata tətbiq edir. Elə bunun nəticəsində şirkət indiyədək 200-dən artıq məhsul istehsal etməyə nail olmuşdur. Bunlardan 83-ü müalicəvi bitkilər, 24-ü bitki yığıntıları, 47-si ayrı-ayrı xəstəliklərin profilaktika və müalicəsində istifadə olunan fitoçaylar, 9-u şərbət, 4-ü müalicəvi Fitoton xınaları, 4-ü Fitoton həftəlik üz maskaları və gilləri, 3-ü Fitolosyon, Qastroson, 15-i müalicəvi Fitooil yağları, Rizin, Ağrımaz kremi, 8 növdə Fitoton şampunları, 3 növdə Fitoton duş gelləri, Fitoton saç balzamı, Fitooil əl və üz kremləri, həmçinin Lorosept HF drajesidir. Əhalinin şirkətə olan çoxsaylı müraciətlərinə əsaslanaraq Herba Flora saytında, eləcədə Herba Flora və Zərif Çayları Facebook səhifəmizdə sual-cavab bölmələri fəaliyyətə başladı. Hal-hazırda şirkətin nəzdində ailəvi istirahət məkanı olan dörd Fito Club fəaliyyət göstərir.

Qastroson