Close

Dianat şərbəti

İshal əleyhinə şərbət

Tərkibi:

  • Qızılağac qozası, nar qabığı, qara çörəkotu toxumu, dazıotu otu və istiotlu nanə yarpağının duru ekstraktları, şəkər şərbəti, limon turşusu, natrium-benzoat.

  • Qızılağac qozası – bağırsaqların selikli qişasına büzücü, antiseptik, qankəsici, regenerasiya edici təsir göstərir, maye və elektrolit itkisinin qarşısını alır, qida kütləsinin artıq dərəcədə qıcqırmasının qarşısını alır.

  • Nar qabığı – bağırsaq mikroflorasını pozmadan patogen bakteriyalara öldürücü təsir göstərir, büzücü və iltihab əleyhinə effekt verir, bağırsaq xoralarının sağalmasını sürətləndirir.

  • Qaraçörəkotu toxumu – bağırsaqların peristaltikasını tənzimləyir, ishalın qarşısını alır, güclü büzücü və iltihab əleyhinə təsir göstərir, toksinlərin qana sorulmasını ləngidir, qusmanın qarşısını alır.

  • Dazıotu otu – spazmolitik, sancı əleyhinə, antidepressant təsir edərək, ishal zamanı baş verən halsızlıq əlamətlərini azaldır.

  • İstiotlu nanaə yarpağı – spazmolitik, antiseptik, sancı əleyhinə, iştahaaçıcı və tonuslandırıcı təsir göstərir.

Farmakoloji təsiri:

  • Tərkibində olan taninlər və tanidlər hesabına bağırsaqların selikli qişasına büzücü təsir göstərir, toksinlərin bağırsaqlara sorulmasını ləngidir və intoksikasiya əlamətlərini azaldır. Bağırsaqların peristaltikasını normallaşdırır, ishalı aradan qaldırır, orqanizmdən maye və mineral itirilməsinin qarşısını alır. Qankəsici, antibakterial, iltihab əleyhinə, spazmolitik, sancı və köp əleyhinə təsir göstərir, bağırsaqların selikli qişasının regenerasiyasını sürətləndirir.

İstifadəsinə göstəriş:

  • Müxtəlif etiologiyalı diareyalar, həmçinin virus diareyaları

  • Enterokolitlər

  • Disbakterioz (diareya ilə müşayiət olunduqda)

  • Bağırsaq infeksiyaları (dizenteriya, salmonellyoz, eşerixioz və s.)

  • Qıcıqlanmış bağırsaq sindromu

Əks göstərişlər: şərbətin komponentlərinə qarşı fərdi həssaslıq, qəbizlik.

Şəkərli diabetli xəstələrə həkim məsləhəti ilə verilə bilər.

İstifadə qaydası:

Şərbət yeməkdən əvvəl cədvəldə göstərilən dozaya uyğun qəbul olunur. Uzun müddətli istifadəsi zərərsizdir, bağırsağın funksiyası bərpa olunana qədər istifadə oluna bilər.

0 – 1 yaş

1/2 çay qaşığı

2 dəfə

1 – 3 yaş

1 çay qaşığı

2 dəfə

3 – 7 yaş

1 çay qaşığı

3 dəfə

7-12 yaş

2 çay qaşığı

2 dəfə


        
Category: Product ID: 3870