Alaqanqal toxumu

Alaqanqal toxumu

Ləkəli alaqanqal birillik, yaxud ikiillik bitki olub çoxlu sayda müalicəvi effektə malikdir. Bitkinin yerüstü hissəsi və toxumları bioloji aktiv maddələrlə zəngindir .

Alaqanqal toxumu:

Alaqanqal toxumunun təsiredici xüsusiyyətləri

Bu toxum tərkibindəki silimarin hesabına qaraciyər hüceyrələrinin regenerasiyasını sürətləndirir. Silimarin həmçinin hüceyrələrin vaxtından əvvəl qocalmasının qarşısını alır, xroniki xəstəliklərin inkişafını da önləyir. O, məhz bu komponent hesabına
prostoqlandinlər, leykotrienlər kimi iltihab mediatorlarının sintezini azaldır və nəticədə iltihab əleyhinə təsir göstərir.

Bu toxum hepatositləri zədələnmədən, toksinlərdən, infeksiyalardan, alkoqol və dərmanların təsirindən qoruyur.
Alaqanqal toxumu həm də silibin tərkibli olduğu üçün qaraciyər hüceyrələrinin hepatotrop toksinlərə qarşı mübarizəsini artırır.
Ümumiyyətlə alaqanqal hepatit, sirroz, piylənmə daxil olmaqla demək olar ki, bütün qaraciyər xəstəliklərinin dərmanıdır .

https://fizulihuseynov.com/

https://herba-flora.com/