fbpx
Close

Diş ağrısı.

Diş ağrısı.

Diş ağrısı bir çox səbəblərdən baş verə bilər. Diş kariesi, diş emalının zədələnməsi, pulpit, parodontit, periodontit kimi xəstəliklər diş ağrısına səbəb ola bilər. Güclü diş ağrısı insanın əhval – ruhiyyəsini korlayır, gecə yuxusunu pozur, qidalanmaya mane olur və əmək qabiliyyətini azaldır. Diş ağrısı orqanizmin temperaturunun yüksəlməsi, yanaq, damaq və diş ətrafı toxumaların iltihablaşması ilə müşayiət olunursa vaxtında stomatoloqa müraciət edilməlidir.

Diş kariesi – zamanı dişin emalı ilə birlikdə dentin də zədələnir. Bu zaman diş ağrısı soyuq isti şirin qidalar və içkilərin qəbulu, yaxud dişlərin diş fırçası ilə təmizlənməsi zamanı baş verir. Bunlar dentin kanalcıqlarında mayenin yerdəyişməsinə və pulpanın qıcıqlanmasına səbəb olur. Əgər pulpa sağlamdırsa heç bir diskomfort halı müşahidə olunmur. Pulpit – pulpanın iltihabıdır. Bunun da səbəbi karies, keyfiyyətsiz plomblanma yaxud müxtəlif səbəblərdən dişin aldığı travma ola bilər. Parodontit – dişi əhatə edən damaq və sümük toxuması olan parodontun iltihabıdır.

Periodontit dişin bağ aparatının infeksion – iltihabi zədələnməsidir. Bu diş kökünün zirvəsinin və ona bitişik toxumaların iltihabi xəstəliyidir. Əgər dişiniz ağrıyırsa və stomatoloqa getmək imkanınız yoxdursa nə etməli? Diş ağrısını müvəqqəti də olsa aradan qaldırmaq üçün köməyə təbii vasitələr gəlir. Bu məqsədlə xəstə dişi aloe şirəsi və onun lətli hissəsi ilə silmək, yaxud onu diş fırçasının üzərinə töküb dişi onunla təmizləmək lazımdır. Ağız boşluğunu ilıq adaçayı dəmləməsi ilə yaxalamaq diş ağrısı zamanı əla vasitədir. Ağrıyan dişə Bağayarpağı, propolis, sarımsaq, mixək və sarıkök kimi bitkilərdən yerli olaraq istifadə etmək olar. Dişiniz ağrıyırsa vaxtında həkimə müraciət etməyiniz daha məsləhətlidir.

Həkim-nevroloq Qəndab Axundova.

http://fizulihuseynov.com/

https://www.herba-flora.com/

Add Comment

Your email address will not be published. Required fields are marked *