Çuğundur.

Çuğundur.

Çuğundurun tərkİbİ.

Çuğundur ta qədimdən, hətta dahi Hippokratın belə infeksion və bir sıra digər xəstəliklərin müalicəsi zamanı istifadə etdiyi bitkilərdəndir.Tərkibi A, B, B2, B3,Fol turşusu, C, E vitaminləri, K, Ca, Mg,Na, P, Fe, J, F, Zn və s. Zülallar, yağlar, karbohidratlar, qida lifləri ilə zəngindir.

Çuğundur antibakterial,

spazmolitik,

antisklerotik,

antikanserogen,

antiradiasion,

sidikqovucu,

sakitləşdirici kimi təsirlərə malikdir. Ana olmağa hazırlaşan qadınlar,hamilələr çuğunduru qida rasionuna müntəzəm daxil etməlidirlər.Belə ki, bitki dəmirlə zəngin olduğu üçün qanda hemoqlobin yaranmasına kömək edir. Hamilə qadının bətnində inkişaf edən körpənin oksigen aclığının qarşısını almış olur. Tərkibindəki fol turşusu isə hamiləlik zamanı istıfadə olunan vacib inqridientdir. Ona görə qida rasionuna həftədə ən az 3 dəfə qida çuğundur əlavə etmək lazımdır.

Çuğundur həm də ürək- damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Tərkibindəki betain hesabına qanda xolesterini azaldır. Lipid mübadiləsini tənzimləyir. Piylənmə və qaraciyər xəstəliklərində, ateroskleroz, hipertoniya zamanı gözəl effekt verir. Tərkibində qamma amin yağ turşusu olduğu üçün baş beyində maddələr mübadiləsini yaxşılaşdırır. Xroniki yorğunluğun qarşısını alır. İmmun sistemi qüvvətləndirir. Görmə qabiliyyətini artırır.

Çuğundur çİy yaxud bİşmİş halda qəbul edİlməlİ ?

Kimyəvi tərkibinə görə çiy və qaynanmış çuğundur çox da fərqlənmir. Çiy çuğundurda zülal 1,6 qr, yağ 0,2 qr, karbohidrat 9,6 qr, qida lifləri 2,8 qrdır. Bişmiş çuğundurda isə zülal 1,7 qr, yağ 0,2 qr, karbohidratlar 10 qrdır. Qida lifləri 2 qr-dır. Çiy çuğundurun 100 qr-ı 40 kkal, bişmiş çuğundurunku isə 49 kkal-dır. Göründüyü kimi bişmiş halda qida lifləri bir az azalır. Karbohidratlar da artır ki, bu da kalori yüksəkliyinə gətirib çıxarır. Vitaminlərin bir hissəsi parçalanır. Vitamin C azalır,mikroelementlər isə olduğu kimi qalır.

Meyvə turşuları və nitratlar azalır ki, bişmiş çuğunduru həm mədə-bağırsaq xəstəlikləri zamanı, həm də allergik hallarda da istifadə etmək olar. Belə ki, meyvə turşuları selikli qişaları qıcıqlandırmır, nitratlar isə güclü allergenlər hesab olunur. Çuğundurun tərkibində xlor olduğu üçün allergik reaksiyanın ilkin əlaməti boğazda qıcıqlanma hissiyyatı olur. Həm də bişmiş halda selikli qişaları qıcıqlandırmaq, aşındırmaq əvəzinə yumşaq şəkildə bağırsaqları boşaldır. Qəbizliyi aradan qaldırır.

Çiy çuğundur isə artıq çəkidən azad olmaq istəyən şəxslərin qida rasionu üçün vacib komponentdir. Çünki qida lifləri ilə zəngin olduğu üçün bağırsaqlarda peristaltikanı artırır. Orqanizmi vitamin və mikroelementlərlə zənginləşdirir. Çiy halda salatların tərkibində bağırsaqları süpürgə kimi toksinlərdən təmizləyir. Meyvə turşuları hesabına patogen bakteriyaları öldürür.

Çiy çuğunduru böyrək daşı xəstəliyində, şəkərli diabetdə, xora, qastrit zamanı, böyrək çatışmazlığı zamanı, tərəvəzlərə allergiya zamanı,ishala meyillik zamanı, osteoporoz zamanı (orqanizmdən Ca-ni qovur) istifadə etmək olmaz. Uşaqlara da çiy çuğundur məsləhət görülmür. Buna səbəb qaz yarada və allergik reaksiya verə bilər. Bişmiş halda isə körpələrin qida rasionuna az-az artırmaqla əlavə edilə bilər. Qalxanabənzər vəz xəstəlikləri (J-un miqdarı hər ikisində eyni olduğu üçün) və digər xəstəliklər zamanı həm çiy, həm də bişmiş halda qəbul etmək olar. Çiy çuğunduru sarımsaqla birgə istifadə etmək məsləhət deyil, birdən-birə ürəyin işi çox yüksəlmiş olur.

Qan artırıcı, immun sistemi möhkəmləndirən Şəfa Vitamini şərbətinin tərkib hissələrindən biri də bu faydalı tərəvəzin duru ekstraktıdır.

Müəllif :  Alidə Əhədova, həkim-pediatr.

http://fizulihuseynov.com/

https://herba-flora.comproduct/s%c9%99fa-vitamini/