fbpx
Close

Bronxial astma.

Bronxial astma.

Tənəffüs sistemi xəstəlikləri uşaqlar və böyüklər arasında geniş yayılmışdır. Bunlardan bronxial astma insan orqanizminə verdiyi mənfi təsirlərə görə xüsusi yer tutur. Astma immuno-allergik fonda histamin sintezinin artması, bronx divarının spazmı və bronx mənfəzinin qatı yapışqanvari bəlğəmlə tutularaq daralması ilə nəticələnir. Bronxial astma xəstəiyində bronx divarı spazm nəticəsində daralır və tənəffüs çətinləşir.

Nəfəsalmaya nisbətən nəfəsvermə daha çətin olur. Tutmaşəkilli öskürək, təngnəfəslik və boğulma ilə yanaşı sıxılmış nəfəs yollarından çətinliklə keçən havanın vibrasiyasından fitəbənzər səs eşidilir. Belə xəstələrdə boğulma tutmaları zamanı ölüm qorxusu meydana çıxır. Təngnəfəslik və boğulma tutmalarında xəstələr yarımoturaq məcburi vəziyyət alır. İqlim və fəsil dəyişkənliyindən asılı olaraq bronxial astma tutmaları artıb azala bilir. Bu xroniki xəstəliyi daşıyan insanlar bəzən yaşayış yerlərini dəyişdikdə xəstəliyin kliniki əlamətləri əhəmiyyətli dərəcədə azalır və tutmalar seyrəlir.

YAZ VƏ PAYIZ AYLARINDA BRONXİAL ASTMA.

Xüsusən yaz və payız aylarında bronxial astmanın kəskinləşmə dövrüdür ki, bu da havada olan hissəciklərin və bəzi ağacların çiçək tozlarının çoxalması ilə əlaqədardır. Astma xəstəliyinin yaranmasında irsiyyətin də böyük rolu vardır. İnfeksion soyuqdəymə və ətraf mühit amillərinin də təsiri xəstəliyin yaranmasında əsas faktordur.

Uşaqlarda allergik diatezlər, allaergik rinit kimi xəstəliklər vaxtında müalicə olunmasa nəticə etibarı ilə bronxial astmaya gətirib çıxarır. Allergenlərə qarşı reaksiyanın vaxtında aparılması və insanın həyatı boyu bacardığı qədər o allergenlərdən uzaq durması gələcəkdə baş verə biləcək bronxial astma riskini azaltmış olur. Astma xəstəliyi müalicəyə tabe olur. Yaxşı olar ki, müalicələr xəstəlik kəskinləşməmiş başlasın və fəsilləri qabaqlasın.

Tutmaları tezləşdirən və kəskinləşdirən amillərdən bir sıra kimyəvi maddələri, yun yorğan-döşək tozunu, it-pişik tükünü, ağacların və otların tozunu siqaret tüstüsünü, tünd qoxulu kosmetik vasitələri və s. misal göstərmək olar. Astmanın müalicəsində inhalyasiyalar xüsusi əhəmiyyətə malikdir. Bu məqsədlə Evkalipt, Çobanyastığı, Kəklikotu, Bağayarpağı kimi bitkilərin dəmləməsindən inhalyasiya şəklində istifadə etmək məsləhətdir. Müxtəlif testlər edərək astmanı kəskinləşdirən amilləri təyin etmək və tutmaların baş verməməsi üçün bu amillərdən qorunmaq lazımdır. İdman, masaj, sanatoriya-kurort müalicəsi, yumşaq, təmiz və sakit havada gəzinti müalicəyə müsbət təsir göstərir.

Valideynlərindən hər hansı birində və ya irsiyyətində bronxial astma xəstəliyi olan uşaqlara xüsusi nəzarət etmək və astma ilə nəticələnə biləcək hər hansı bir xəstəliklərində düzgün müalicə taktikası seçilməsinə çalışmaq lazımdır. Bu isə bronxial astma xəstəliyinin ümumi sayının azalmasına və təbabətin uğuruna xidmət edər. Bronxial astma tutmalarını yüngülləşdirmək üçün Bronxial astma əleyhinə yığıntı, Nat-Udi hindi, Nat-Qara zirə kapsullarından istifadə etmək faydalıdır.
http://fizulihuseynov.com/

Müəllif: Həkim-nevroloq Axundova Qəndab

Add Comment

Your email address will not be published. Required fields are marked *