fbpx
Close

Badımcan.

Badımcan.

 

Badımcanın əsil vətəni.

Badımcan birillik yay bitkisidir. Əsasən orta asiya, zaqafqaziya və avropa ölkələrində xüsusi becərilir. Badımcanın əsil vətəni isə Hindistandır ki, burada badımcan yabanı halda bitir. Qış aylarında da badımcanı parniklərdə yetişdirmək olur. Bənövşəyi sarı ağ qəhvəyi və qara rənglərinə rast gəlmək mümkündür. Badımcan insanların əsas qida mənbələrindən biri hesab olunur.

Şitillər vasitəsilə əkilib becərilən kənd təsərrüfatında mühüm əhəmiyyət kəsb edən badımcandan müxtəlif çeşidlərdə yeməklər salatlar şorabalar hazırlanır. Ölçüsü 5-10 sm-dən 25-30 sm-dək uzunluqda ən ağırı isə 2 kq çəkiyə bərabər olan badımcana rast gəlmək olar. Badımcanın qabığı qalın sığallı və möhkəmdir ən keyfiyyətli və dadlı badımcan nazik dənəsi az və orta ölçülü olandır.

Kalorisinə görə badımcandan hazırlanan qidalar fərqlidir məsələn çiy badımcanın kalorisi 24 kkal bişmiş badımcanın 33 kkal duza qoyulmuş badımcan isə 189 kkaloriyə malikdir. Buna görədə adi bişmiş badımcandan müalicə və dietik məqsədlə istifadə etmək daha məqsədəuyğundur. Duza qoyulmuş badımcan isə kkalorisi yüksək olduğu üçün piylənməyə və qaraciyərin piy distrofiyasına gətirib çıxarır.

Badımcanın ağ ləti göbələyə bənzəyir, həmdə adsorbent xüsusiyyətə malikdir. Badımcan quşüzümü sinfinə və badımcançiçəklilər fəsiləsinə aid olub giləmeyvədir. Badımcandan hazırlanan qidaların zənginliyinə görə ön sıralarda yer tutan bitkilərdəndir. Badımcanın tərkibi vitamin B, vitamin C vitamin P, vitamin PP, vitamin D, vitamin A, şəkər karotin, nişasta, zülal, kalium, yod, fosfor, molibden, kalsium, dəmir duzları ilə zəngindir.

Ümumiyyətlə badımcan vitamin və mikroelementlərlə zəngin lakin karbohidratlar baxımından kasaddır. Liflərlə pektinlə və dietik maddələrlə zəngin olduğuna görə şəkərli diabet xəstəliyində və digər dietalarda badımcandan əsas qida tərkibi kimi istifadə olunur. Badımcanın mədə-bağırsaq, ürək-damar və öd yollarının xəstəliklərində müalicəvi təsiri məlumdur belə ki mədə-bağırsağın işini və qida kütlələrinin bağırsağın daxilində hərəkətini sürətləndirir, ürəyin qidalanmasını yaxşılaşdırır, böyrək və öd daşı xəstəliyində bakterisid effekt verir.

Dəmirlə zəngin olduğu üçün anemiya(qan azlığı)xəstəliyində vitamin və mikroelementlərlə zəngin olduğu üçün isə əsasən hamilələrə və uşaqlara tövsiyyə olunur. Badımcanın ateroskleroz xəstəliyi zamanı qanda xolesterinin LDL fraksiyasını aşağı salmaq kimi bir keyfiyyəti olduğu üçün yaşlı insanlarda aterosklerozun müalicəsinə müsbət təsir göstərir.

http://fizulihuseynov.com/

21.08.2020

Həkim-nevroloq Axundova Qəndab.