fbpx
Close

Ayaqlarda  ödem.

Ayaqlarda  ödem.

Ayaqlar nə üçün şişir? Ödem deyilən bu şişkinliyin bir çox səbəbləri ola bilər. Qadınlarda və kişilərdə günün sonunda belə hallar daha çox izlənilir. Gün ərzində çoxlu miqdarda qəbul olunan maye damarlar tərəfindən saxlana bilmir və hüceyrəarası mayeyə sızır. Bardaş qurub oturma zamanı da ayaqların aşağı nahiyəsi yuxarı nahiyəsi tərəfindən güclü sıxılır, venalarda sirkulyasiya pozulur. Yumşaq və alçaq stulda uzunmüddətli oturduqda da venalar sıxıldığına görə aşağı ətraflarda qan dövranı pozulur.

Səbəbləri.

İdman növləri ilə intensiv və qeyri-peşəkar məşqlər, məsələn uzun məsafəyə qaçış, yürüş, yoqa, digər qüvvə tələb edən məşqlər də ayaqların şişməsinə səbəb ola bilir. Qeyri- düzgün ayaqqabılar, xüsusən qadınlarda hündür dabanlılar ayaqlarda barmaqların burun hissədə sıxılmasına, qan dövranının pozulmasına gətirib çıxarır. Lap düz dabanlı ayaqqabılarda yastıayaqlılıq dərinləşir və ödemlər yaranır. Ödemlərdən uzaq olmaq üçün həkimlər geniş və orta dabanlı ayaqqabıları məsləhət görürlər. Maddələr mübadiləsinin pozulması nəticəsində yaranmış artıq çəki də aşağı ətraflarda şişkinliyə səbəb olur.

Hamiləlik zamanı da həm fizioloji səbəbdən ayaqlara ağırlıq düşmə nəticəsində, həm də patoloji ödemlər gecikmiş toksikoz-hestoz nəticəsində müşahidə oluna bilər. Travmalar zamanı-burxulma, yanıqlar, donmalar zamanı da ödemləşmə izlənilir. Lakin ayaqların şişməsi bir sıra ciddi xəstəliklərin də əlaməti ola bilər. Limfostaz, qaraciyər, böyrək xəstəlikləri, allergik reaksiyalar, səthi və dərin venaların kəskin tromboflebiti, şəkərli diabet, varikoz kimi xəstəliklərdə müşahidə olunan ödem uzun müddət qala bilər.

Varikoz xəstəliyi nəticəsində, ən çox da qadınlarda axşama doğru ayaqlar daha çox şişir, müalicə olunmursa, daha sonralar qıcolmalar müşahidə olunur, venalar dəri altına düyün şəklində çıxır. Normada insan orqanizmində qan venaların daxilində olan venoz klapanlar sayəsində aşağıdan yuxarı istiqamətdə ötürülür. Varikoz zamanı isə bu mexanizm pozulur və venoz klapanlar qanı xaotik şəkildə hər iki istiqamətdə buraxır və damarlarda təzyiq artır, durğunluq yaranır, damar divarları tonusunu itirir, nazikləşir. Nazikləşən damar divarlarından qan toxumalara sızır. Durğunluq vəziyyəti isə qanın qatılaşmasına və trombəmələgəlməyə gətirib çıxarır.

Müalicəsi.

Müalicə zamanı ödemlə yanaşı, onu yaradan əsas xəstəliyi nəzarətdə saxlamalı. Bu zaman həkimin qarşısında venoz qan dövranı sisteminin korreksiyası, venalarda tonusun bərpası, orqanizmdə olan bütün damarları möhkəmləndirmək kimi prinsiplər durur. Dünya praktikasında varikoz xəstəliyinin müalicəsi bitki tərkibli angioprotektorlarla aparılır. Məsələn itburnu, at şabalıdı və s. kimi bitkilər vitamin C, P(rutin), flavonoidlərlə zəngindir ki, onlar vena və kapilyarları möhkəmləndirir, damarların kövrəkliyi və keçiriciliyini azaldır. Venatonuslandırıcı, iltihabəleyhinə, ödeməleyhinə effekt verir.

Damar divarlarını möhkəmləndirir. Ayaq şişmələri zamanı varis corablar geyinməli, qida rasionundan duzu məhdudlaşdırmalı, az şəkər qəbul etməli, şəkər ehtiyacını meyvələrlə ödəməli, K ilə zəngin qidalar qəbul etməli, dar, diskomfort yaradan ayaqqabı geyinməməli, yuxu zamanı ayaq altına kiçik balış qoyulmalı, ayaqları çimdikləməklə masaj etməli. Böyrək mənşəli ödemlərdə Urotea çayıRenokaps şərbəti, ürək mənşəlidirsə, Teakard çayı, qaraciyər ilə bağlıdırsa Antixol çayı, Hepartea çayından istifadə etmək olar. Dietoterapiya, fizioterapiya, müalicə gimnastikası aparılması da məsləhətdir.

Müəllif: Alidə Əhədova,
həkim-pediatr

http://fizulihuseynov.com/

Add Comment

Your email address will not be published. Required fields are marked *