fbpx
Close

Anemiya

Anemiya

Anemİya – qanazlığı.

Anemiya – qanazlığı, hüceyrələrə oksigen daşıyan sağlam qırmızı qan hüceyrələrinin azaldığı bir vəziyyətə deyilir. Əslində oksigeni özünə birləşdirən və hüceyrələrə daşıyan qırmızı qan hüceyrələrinin əsasını təşkil edən hemoqlobindir. Əgər sizdə yorğunluq, zəiflik, solğun yaxud saralmış, quru dəri, təngnəfəslik, başgicəllənmə, soyuq əl və ayaqlar, əl və ayaqların keyiməsi, əsəbilik, qulaqlarda küy, dodaqlarda çat və ağız bucaqlarında yaralar, dırnaqların tez-tez qırılması, laylanması, saç tökülməsi, saçların gec uzanması, saç uclarının haçalanması, ağız dadının dəyişməsi, diş pastası, təbaşir, torpaq, müxtəlif rənglər və s. yemək istəyi, iylərə qarşı həssaslıq, dodaqların dişlənməsi və s. kimi əlamətlər varsa, bu qanazlığı əlamətləridir.

Növləri: Dəmir çatışmazlığı anemiyası, vitamin çatışmazlığı anemiyası (fol turşusu və B12 defisitli), kəskin anemiya, xroniki anemiya, hemolitik anemiya, oraqvarı hüceyrə anemiyası, talassemiya.

Bir çox anemiyaların qarşısını almaq olmur. Lakin dəmir defisitli anemiya və vitamin çatışmazlığı -B12 və fol turşusu defisitli anemiyanın bir sıra vitamin və bioloji aktiv qida əlavələri ilə qarşısını almaq olur. Dəmirlə zəngin qidalar: mal əti və digər ətlər, lobya, mərci, dəmirlə zəngin dənli bitkilər, tünd yaşıl yarpaqlı göyərtilər, qurudulmuş meyvələr. Fol turşusu ilə zəngin qidalar: tünd yaşıl yarpaqlı göyərtilər, yaşıl noxud, yer fıstığı, düyü, makaron, dənli bitkilər.
B12 vitamin – ət, süd məhsulları və soya məhsulları, dənli bitkilər
C vitamini – meyvə şirələri, bibər, brokkoli, pomidor, yemiş, çiyələk.
Bu maddələr dəmirin orqanizm tərəfindən sorulmasını sürətləndirir.
Qanazlığı ən çox qadınlarda, fertil dövrdə (ovulyasiyadan 5 gün öncə – mayalanma anına qədərki dövr), hamilələrdə, 1 yaşa qədər uşaqlar, 12-17 yaşlı yeniyetmələrdə daha çox təsadüf olunur.

Qanazlığının ən çox təsadüf olunan növü dəmir defisitli anemiyadır. Dəmir defisiti bir neçə etapdan keçərək tədricən inkişaf edir. Birinci etapda orqanizmdə dəmir qida ilə qəbul ediləndən daha artıq miqdarda sərf olunur, amma toxumalarda kifayət qədər dəmir var. Bu etapı qidalanma tərkibini dəmirlə, mikroelementlərlə, vitaminlərlə zəngin bioloji aktiv qida əlavələri ilə, məsələn, Herba Flora istehsalı olan Şəfa vitamini şərbəti ilə zənginləşdirməklə düzəltmək olar. O inqridientlər dəmirin orqanizmdə mənimsənilməsinə və paylanmasına kömək edir.

Dəmİr.

Dəmir defisiti tədricən aradan qalxır. Əgər defisitin qarşısı alınmırsa, zamanla toxumalarda dəmir ehtiyatı tükənir. Amma yenə də hemoqlobin səviyyəsi normal ola bilər. Bu dövrdə risk qrupuna daxil olan şəxslərə həkimlər vitamin kompleksləri, bioloji qida əlavələri, hematogen və s. və qidalanmaya nəzarət təyin edirlər. Əgər dəmir defisitinin qarşısı alınmırsa, dəmir defisitli anemiya inkişaf edir. Risk qrupuna yenidoğulmuşlar, yeniyetmələr, hamilə və südverən analar, reproduktiv dövrdə olan qadınlar (bütün menstrual tsikli izlənən qadınlar mütəmadi qan itirdikləri üçün) daxildir. Hamilələrdə qadın həm özünü, həm də körpəni dəmirlə təmin etməlidir. Doğuş zamanı körpədə anadan alınan 300 mq dəmir toplanır.

Yenidoğulmuşlar üçün dəmir mənbəyi ana südüdür. Dəmir sinir toxumasının da formalaşmasında iştirak edir. Diaqnostika etmək üçün, hətta hemoqlobin enməmişdən öncə də qan zərdabında ferritin və transferrini yoxlatmaq olar. Hər iki göstəricinin aşağı düşməsi dəmir ehtiyatının tükənməsini göstərir. Dəmir azlığı hemoqlobin azlığına gətirib çıxarır. Qadınlarda normada hemoqlobin 120 q/l-dən, kişilərdə isə 130 q/l-dən yuxarı olmalıdır. Hamilələrdə isə bu norma 110 q/l-ə qədər düşür.

Dəmir defisiti zamanı məsləhətdir: ət, qaraciyər, yumurta, tərəvəz, meyvələr, vitamin C, B, fol turşusu(Fe-un sorulmasını sürətləndirirlər). Tünd çay qəbulu minimuma endirilməlidir. Dəmirlə zəngin qidalar süd məhsulları ilə birgə qəbul edilməməli! Dəmirlə zəngin 2 və 3 valentli dərman preparatları isə çox vaxt qida qəbulu zamanı təyin olunur ki, bu zaman onun sorulması sürətlənir. Müalicə kursu 3-5 ay çəkir.

Hər bir halda qanazlığının profilaktikası üçün vitaminlərlə zəngin qidalar qəbul edin, gündəlik rasionunuza mikroelementlərlə zəngin bioloji aktiv qidalar, məsələn – Herba Floranın Şəfa vitaminini əlavə edin. Açıq, təmiz havada bol-bol yürüşlər edin. Sağlamlığınızın qeydinə qalın!

Müəllif :  Alidə Əhədova, həkim-pediatr.

http://fizulihuseynov.com/

Add Comment

Your email address will not be published. Required fields are marked *