HERBA FLORA







 

Amenoreya nəsilartırma dövründə olan qadında menstrual funksiyanın pozulmasıdır, xəstəlik zamanı altı ay və daha artıq müddətdə aybaşı baş vermir. Amenoreya bir qayda olaraq müstəqil xəstəlik kimi deyil, orqanizmin genetik, biokimyəvi, fizioloji və psixo-emosional funksiyalarının pozulması əlaməti kimi meydana çıxır. Təsnifatda həqiqi yalançı olmaqla iki tipdə müşahidə olunur. Yalançı amenoreyada yumurtalıq və uşaqlıqda siklik hormonal dəyişikliklər saxlanılsa da, menstrual ifrazat cinsiyyət yollarında olan anatomik maneələrə görə xaric ola bilmir.

 

Həmin maneələrə cinsiyyət yollarının anadangəlmə qüsurları – uşaqlıq yolu, uşaqlıq boynu və ya himenin atreziyası aiddir. Yəni qüsurun növündən asılı olaraq menstrual qan uşaqlıq boruları, uşaqlığın boşluğu və ya uşaqlıq yolunda toplanır.

Həqiqi amenoreya orqanzimdə siklik hormonal dəyişikliklərin baş verməməsi və menstrual qanaxmanın olmaması ilə xarakterizə olunur. Patologiya zamanı ovulyasiya olmur və hamiləlik baş vermir. Həqiqi amenoreya səbəbindən asılı olaraq fizioloji patoloji olur. Fizioloji amenoreya xəstəlik halı olmayıb, təbii vəziyyətlərlə (hamiləlik, südvermə) və ya qadının yaş mərhələləri ilə (uşaqlıq, menopauza) ilə əlaqədar olur.

Patoloji amenoreya orqanizmdə funksional və üzvi pozulmaların olmasını göstərir. Menstruasiyanın yeniyetməlik dövründə başlamaması ilkin amenoreyadır, hər hansı səbəbdən kəsilməsi isə ikincili amenoreya adlanır.

 

 İlkin amenoreya 

İlkin amenoreyalı qızların anamnezində anada və böyük bacılarda da gec menstruasiya (17 yaşdan sonra) qeyd olunur. Həmin vaxt qızın fiziki inkişafında geriqalma və bədən quruluşunda da dəyişikliklər – çəkinin az olması, arıq bədən quruluşu, süd vəzlərinin zəif inkişafı və çanağın darlığı müşahidə olunur. Bunun əsas səbəbi stresslər, ağır psixoemosional sarsıntılar, anoreksiya və ağır fiziki yüklənmələr, həmçinin Terner sindromu ilə əlaqədardır.

İlkin amenoreyanın müalicəsi onu törədən faktorun aradan qaldırılmasına yönəldilir. Terner sindromlu xəstələrə ömürlük əvəzedici estrogen müalicəsi təyin edilir, reproduktiv inkişafın zəif getdiyi hallarda isə əzələ və piy kütləsini artırmaq üçün pəhriz təyin olunur, menstrual funksiyanı stimulyasiya edən hormonal müalicə aparılır. Anatomik səbəblər cərrahi yolla aradan qaldırılır. Emosional qeyri-stabil qızlara sinir sistemini möhkəmləndirən, sedativ və trankvilizəedici preparatlar tətbiq olunur. Yeniyetmə yaşlarda ağır atletika növləri, xüsusən də güləş, bodibildinqlə məşğul olmaq məsləhət deyil.

 

      RESEPTLƏR 

  • 1 xörək qaşığı ərküdə meyvəsi 1 stəkan qaynar suda dəmlənir və gündə 3 dəfə 1 stəkan qəbul olunur və yaxud gündə 3 dəfə 2 kapsul Nat-Ərküdə qəbul edilir.
  • 1 xörək qaşığı aslanpəncəsi otu 1 stəkan suda dəmlənir və gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan qəbul edilir.
  • Sinir-emosional gərginliyi aradan qaldırmaq üçün gündə 2-3 dəfə pişikotu dəmləməsi, Sedativ çay və ya 2 kapsul Nat-Sedativ qəbul edilir.
  • İştahanı və bədən çəkisini artırmaq, orqanizmin immun müqavimətini yüksəltmək üçün gündə 2 dəfə – səhər və günorta 2 xörək qaşığı Şəfa vitamini qəbul edilir.

 

İkincili amenoreya

Amenoreyanın bu forması 17-45 yaş arası qadınların təqribən 10 faizində müşahidə olunur və menstrual funksiyanın ağır pozulması kimi dəyərləndirilir. Onun baş verməsinin bir neçə səbəbi var:

Anoreksiya – ağır pəhriz və ya fiziki yüklənmələrlə əlaqədar sürətli çəki itkisidir, sayrışan arıqlama istəyi ilə xarakterizə onunan psixi pozulma hesab olunur. Qidadan məqsədyönlü imtina, işlədici prosedurların hədsiz tətbiqi, süni qusma törədilməsi bədən çəkisinin kəskin azalmasına, depressiya və menstrual disfunksiyaya aparıb çıxarır.

Yumurtalıqların polikistozu – piy mübadiləsinin pozulması, bədəndə patoloji tüklənmə, akne, aybaşının olmaması və hamiləliyin baş verməməsi ilə büruzə verir.

Erkən menopauza – 40 yaşına çatmamış qadınlarda aybaşının kəsilməsi halıdır və yumurtalıqların funksiyasının çatmazlığı ilə əlaqədar olur və onun səbəbi əsasən uzunmüddətli stresslərlə əlaqələndirilir.

Hiperprolaktinemiya – qanda prolaktin hormonunun səviyyəsinin yüksəlməsi halıdır. Süd vəzlərindən südəbənzər mayenin ifrazı, menstrual sikldə müxtəlif pozulmalar və hətta aybaşının tam kəsilməsi amenoreya ilə xarakterizə olunur.

 

Amenoreyanın diaqnostikasında ilk növbədə hamiləlik halı inkar olunmalıdır. Bundan sonra amenoreyanın baş verməsinə səbəb olan vəziyyətlər – qadının pəhriz saxlaması, keçirdiyi stress halları, fiziki ağır işlər, yanaşı xəstəliklər və ailədəki vəziyyət anamnezi araşdırılır. Xəstənin boy və bədən çəkisi qiymətləndirilir. Yumurtalıqların disfunksiyasının xarakterini aşkarlamaq məqsədilə qanda prolaktin, estrogenlər və progesteron hormonlarının göstəriciləri yoxlanılır, kiçik çanaq orqanlarının ultrasəs müayinəsi aparılır.

 

  Müalicə 

İkincili amenoreyanın müalicəsində ilk növbədə prosesin səbəbləri aradan qaldırılmalı, düzgün olmayan qidalanma və həyat tərzi normaya salınmalıdır. Yetkin qadının bədən çəkisinin 50 kq-dan az olması və ya qısa zaman kəsiyində 10 kq-dan artıq çəki itirməsi menstrual disfunksiya törədə bilər. Həmin hallarda qadına aybaşı tam bərpa olunana qədər tərkibində estrogen saxlamayan oral kontraseptivlər təyin olunur.

Yumurtalıqların polikistozu fonunda yaranan amenoreyanın müalicəsində həm kontraseptiv vasitələr, həm də ehtiyac yarananda laparoskopik cərrahi əməliyyatlar tətbiq olunur. Hiperprolaktinemiyanın müalicəsində xəstəyə qanda prolaktin səviyyəsini salan dərman vasitələri ilə yanaşı Nat-Ərküdə kapsulu da təyin edilməsi də məsləhət görülür. Erkən menopauza zamanı əvəzedici hormonal müalicə aparılır, proses müalicəyə tabe olmayanda ekstrakorporal mayalanma metodu tətbiq edilir.

 

Esmira ZEYNALOVA,   

həkim-terapevt    

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem