HERBA FLORA







 

Orqanizmdə iki funksiyanı yerinə yetirən mədəaltı vəz insulin hormonu sintez edərək qanda qlükozanın səviyyəsini tənzimləyir və onikibarmaq bağırsağa ferment ifraz edərək həzmi təmin edir. Mədəaltı vəzdə yaranan iltihabi proses kəskin və xroniki olmaqla iki formada inkişaf edə bilər. Kəskin pankreatit zamanı olduqca güclü ağrılar, hər qida qəbulundan sonra kəskin artan ürəkbulanma və qusma, bədən hərarətinin artması, dəri və selikli qişaların solğunlaşması, köp, meteorizm kimi hallar müşahidə edilir. Xroniki pankreatit zamanı isə vaxtaşırı baş verən kəskinləşmə müşahidə edilir, daha çox özünü yağlı, qızarmış və acı qidaların qəbulundan 30-40 dəqiqə sonra və gecələr baş verən ağrılarla büruzə verir. Xəstələr vaxtaşırı ürəkbulanma, ağızda acılıq və quruluq, qəbizlik, pis əhvali-ruhiyyə, süstlük və köpdən şikayət edir, ümumi iş qabiliyyəti zəifləyir.

 

  Səbəblər  

Mədəaltı vəzin iltihabi xəstəliklərinə parasetamol kimi dərman preparatlarının dozasının aşılması nəticəsində yaranan intoksikasiya, alkoqoldan sui-istifadə, ödçıxarıcı yolların xəstəlikləri, xüsusilə daşlı xolesistit, piy mübadiləsinin pozulması, infeksion xəstəliklər və mədəaltı vəzin travmaları (qarın boşluğu yaralanmaları, qarına alınan güclü zərbə və s.) səbəb olur.

 

  Müalicəsi   

Kəskin pankreatitin müalicəsi stasionar şəraitdə aparılmalıdır. Xroniki pankreatit zamanı isə xalq təbabət üsulları olduqca faydalı təsir göstərir.

 

  Məsləhətlər 

Xroniki pankreatitin bitkilərlə müalicəsi il ərzində 3-6 ay aparılmalıdır. Müalicənin ilk 2-3 günü xəstə ac qalmalı və həmin vaxt ərzində gündə 2 litrə qədər qələvi mineral sular, zəif dəmli çay və itburnu çayı qəbul edilməlidir. Sonrakı günlərdə az-az və tez-tez qidalanmaq, yağlı, qızardılmış, hisə verilmiş qidaları, çiy meyvə və tərəvəzləri rasiondan çıxarmaq lazımdır.

 

  Reseptlər  

  • 2 filtr-bağlama Teaxolin çayı 200 ml suda 15-20 dəqiqə dəmlənir, yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.
  •  1 xörək qaşığı sidr yağı gündə 3 dəfə yeməkdən 30-40 dəqiqə əvvəl qəbul edilir.
  • 2 xörək qaşığı təmizlənmiş vələmir dəni əzilərək xırdalanır, üzərinə 3 stəkan su əlavə edilir. Zəif ocaqda 10 dəqiqə bişiriləndən sonra 1 saat dəmlənir və süzülür. Gündə 3 dəfə yeməkdən 30-40 dəqiqə əvvəl yarım stəkan qurtum-qurtum qəbul edilir.
  • 2 xörək qaşığı xırdalanmış quru badan otu və kökümsovu üzərinə 1 stəkan su əlavə edilir, zəif ocaqda 15 dəqiqə bişiriləndən sonra 2-4 saat dəmlənir və süzülür. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1/4 stəkan qəbul edilir.
  • Eyni miqdarda qaragilə, çiyələk və mərcangilə yarpaqları xırdalanaraq qarışdırılır, qarışıqdan 1 xörək qaşığı üzərinə 1 stəkan qaynar su əlavə edilir, termosda 8-10 saat dəmlənərək süzülür. Alınan dəmləmə 3 hissəyə bölünərək gün ərzində qəbul edilir.
  • Bir hissə dəvədabanı yarpağı və andız 2 hissə yatıqqanqal otu ilə qarışdırılır. Qarışıqdan 3 xörək qaşığının üzərinə 500 ml su əlavə edilir, 3-4 dəqiqə qaynadılır, 2 saat ağzı bağlı qabda dəmlənərək süzülür. Yeməkdən 30 dəqiqə əvvəl isti halda kiçik qurtumlarla qəbul edilir. Müalicə kursu 20-25 gün davam edir. 
  • 2 filtr-bağlama İtburnu çayı 1 stəkan qaynar suda 30-45 dəqiqə dəmlənir, hər yeməkdən əvvəl qəbul edilir.
  • Bərabər miqdarda andız kökü, adaçayı yarpaqları, gülümbahar çiçəkləri, dazıotu, yovşan otu, atpıtrağı kökü, quruca otu, çobanyastığı çiçəyi və çöl qatırquyruğu otu qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı 1 stəkan suda 1-1,5 saat dəmlənərək süzülür, gündə 3 dəfə qəbul edilir.
  • 20 sm-dən uzun olmayan qızılbuğum yarpağı xırdalanır, üzərinə 1 stəkan qaynar su əlavə edilir, bürünərək 1 sutka saxlanır və süzülür. Gündə 3 dəfə 1/4 stəkan qəbul edilir.

 

 

Aygün HÜSEYNOVA,    

həkim-pediatr    

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem