HERBA FLORA









Son illər dünya əhalisinin qocalma prosesində həm kəmiyyət, həm də keyfiyyət dəyişiklikləri müşahidə olunur. Qocalma mütləq olaraq fiziki zəiflik, xəstəlik, sosial-ekonomik asılılıq demək deyildir.

Təqaüd yaşına çatmasına baxmayaraq yaşlı insanların təcrübəsinə, məsləhətlərinə çox zaman ehtiyac vardır. Bəzən yaşlı şəxslər öz işlərində cavanlardan daha aktiv və məsuliyyətli olurlar.

Orqanizmdə qocalma proseslərinin dinamikasından asılı olaraq “bioloji yaş” mövhumu meydana gəlmişdir. İnsan öz yaşından cavan görünə bilər, bəzən də əksinə, orqanizmdə daha tez qocalma baş verir. Xronoloji və bioloji yaş arasındakı fərqliliyə görə insanları “cavan yaşlılara  və “qoca yaşlılara bölmək olar. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə “cavan yaşlılar” 79-85 faiz təşkil edir, bu da yaşayış səviyyəsinin yüksək olmasının sübutudur.

 

Qocalma bioloji proses olub, yaşla əlaqədar meydana çıxan və orqanizmdə həyati vacib funksiyaların tədricən zəifləməsi, qaçılmaz olan ölüm zərurətinin get-gedə artması deməkdir. Qocalıq isə qocalma prosesi nəticəsində orqanizmin həyat fəaliyyətinin yekun mərhələsidir.

 

Şərti olaraq 75 yaşından sonrakı dövr qocalıq dövrü hesab olunur, lakin bu, nisbi anlayışdır. Ömür uzandıqca bu dövr dəyişə bilər. Fizioloji vaxtından əvvəl qocalma ayırd edilir. Birinci halda orqanizmin fizioloji sistemlərində dəyişikliklər tədricən baş verir. Belə olan halda insanlar son günlərinə qədər fiziki və əqli aktivliklərini, ətraf mühitə qarşı maraqlarını saxlamış olurlar.

 

Qocalma prosesində irsiyyətin böyük rolu vardır. Bəzən uzunömürlülük nəsildən-nəslə keçir. Qadınlarda da qocalmanın gec baş verməsini genetik xüsusiyyətlərlə əlaqələndirirlər.

Vaxtından əvvəl qocalma orqanizmdə əvvəldən mövcud olan xroniki xəstəliklər nəticəsində baş verir. Eyni zamanda ətraf mühitin mənfi təsirləri, zərərli vərdişlər (siqaret çəkmə, spirtli içkilərin qəbulu) də bu prosesi sürətləndirir.

 

Qocalma zamanı orqanizmdə aşağıdakı dəyişikliklər baş verir: zülalların biosintezində ləngimə, oksidləşdirici fermentlərin aktivliyinin aşağı düşməsi, mitoxondrilərin miqdarının azalması, hüceyrə membranlarının struktur dəyişiklikləri, hüceyrələrin qocalması və məhv olması.

 

Beyində gedən dəyişikliklər mərkəzi sinir sisteminin funksiyalarının (oyanma və tormozlanma proseslərinin) zəifləməsinə gətirib çıxarır. Eşitmə, görmə, qoxubilmə qabiliyyəti azalır. Baş beynin çəkisi azalır, beyin qırışları nazilir, şırımlar böyüyür.

 

60 yaşdan yuxarı ürəyin normal çəkisi azalmağa başlayır, ürək-damar xəstəliklərinin yaranma riski artır. Fiziki gərginlik zamanı ürək döyüntülərinin sayı artır, ürəyə gələn qanın miqdarı ilə koronar damarlardan keçən qanın miqdarı arasında uyğunsuzluq yaranır, mübadilə prosesləri sürətlənir və bu zaman ürək əzələsində qan təchizatının pozulması və çatışmazlıq baş verir. Tənəffüs sistemində ağciyərlərin həyat tutumunun azalması, ventilyasiyanın zəifləməsi, tənəffüs hərəkətlərinin tezliyinin artması müşahidə olunur. Endokrin sistemdə atrofik və sklerotik dəyişikliklər inkişaf edir.

 

İnsan qocaldıqca emosional labil olur. Ona görə də belə yaşlarda hər bir hərəkət və söz onların xətrinə dəyir, inciyir, küsürlər. Ətraf mühitə uyğunlaşma proseslərində psixoloji dəyişikliklər yaranır. Onlar özlərini zəif, köməksiz, başqalarından asılı hiss edirlər. Gəlin, yaşlılara hər zaman qayğı göstərək, onları qoruyaq, çünki qocalıq qaçılmaz bir reallıqdır.

 

Image may contain: 1 person, closeup

                                              QƏRİBOVA Samirə Arif qızı,

                                         11 saylı BŞX-nin həkim-terapevti

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem