HERBA FLORA







 

 

Hamiləlik hər bir qadının həyatında ən həssas dönəmlərdən biridir. Və hər bir ana körpəsini sağ-salamat qucağına almağı arzulayır. Lakin bəzən hər hansı bir səbəbdən hamiləlik yarımçıq kəsilir və buna tibdə düşük deyilir.
20-ci həftəni tamamlamadan və ya döl 500 qram çəkiyə çatmadan hər hansı səbəbdən hamiləliyin pozulması düşük hesab edilir.
Düşüklərə müxtəlif amillər səbəb olur:

 Döldə baş verən genetik pozulmalar 

Ata-anadan alınan 23 xromosomun hər hansı hissəsində baş verən mutasion dəyişiklik adətən hamiləliyin ilk aylarında özünü düşüklə büruzə verir və həmin prosesə çox vaxt ekoloji mühit, virus infeksiyaları və peşə fəaliyyəti ilə əlaqədar fəsadlar təsir göstərə bilir.

 

 Hormonal pozulmalar 

Qadın orqanizmində dölün inkişafı üçün normal hormonal balans olmalıdır. Bir çox hallarda progesteron hormonu çatışmazlığı və ya testesteron hormonu artıqlığı ilə özünü göstərən disbalans hormonal pozulmaya səbəb olan qalxanvari vəz xəstəlikləri, şəkərli diabet, hiperprolaktinemiya, polikistoz və s. nəticəsində ilk aylarda düşük müşahidə edilir.

 

 Rezus konflikt 

Ana mənfi, ata müsbət rezus antigenə malik olan zaman yaranan rezus konflikt nəticəsində düşüklər baş verə bilir. Müsbət rezusa malik olan embrion ana orqanizmində yad kimi qəbul edilir və müdafiə mexanizmlərini işə salaraq ondan xilas olmağa çalışması ilk aylarda düşüyə səbəb olur.

 

 İnfeksiyalar 

Hamiləliyin ilk aylarında yoluxulan listeriya, mikoplazma, ureoplazma kimi cinsi infeksiyalar asanlıqla  dölə keçir və ilk aylarda düşüklərə səbəb olur.  Bundan başqa bədən temperaturun 38 dərəcədən yuxarı qalxmasına səbəb olan ixtiyari infeksion və iltihabi proseslər ilk aylarda embrion üçün olduqca təhlükəlidir. Orqanizmin immun sistemi infeksiyalarla mübarizə aparmaq üçün protein tərkibli antitellər hazırlayır. Ardıcıl olaraq 2-3 dəfə düşük problemi yaşayan qadınların qanında aPL adlı antitel normadan yüksək olması öz növbəsində qan laxtalanmasına səbəb olaraq embriona gedən qan damarlarını tutur və düşüyə səbəb olur.

 

 Yaş 

35 yaşından yuxarı qadınlarda düşük ehtimalı artır. 35 yaşından aşağı qadınlarda düşük ehtimalı 15 faiz olduğu halda bu risk 35 yaşında 20-35 faiz, 45 yaşda isə 50 faizə qədər artır. Həmin proses daha çox yaş artıqca genlərdə baş verən dəyişikliklərlə izah olunur.

 

Bundan başqa uşaqlığın anadangəlmə anatomik anomaliyaları, uşaqlıq boynu çatışmazlıqları, miomalar, uşaqlıq daxilindəki bitişmələr, endometrioz kimi embrionun gələcək inkişafına mane olan amillər, immun sistemi ilə əlaqədar- antifosfolipid, spermaya və plasentaya qarşı yaranan antitellər, sistem xəstəlikləri, ətraf mühitdən orqanizmə daxil olan toksiki maddələr, qəbul edilən bəzi dərman preparatları və ağır fiziki yüklənmə ilk aylarda düşüklərin baş verməsinə səbəb olan başlıca amillərdən sayılır.

 

Simptomları 

Hamiləliyin bütün dövrlərində baş verən düşüklərin ən əsas ilkin əlaməti qarnın aşağı hissəsində baş verən ağrılar, qanaxma və “qanlı parça” düşməsidir. Qarnın aşağı hissəsindən başlayan və mütamadi xarakter daşıyan ağrılar qarnın yuxarı hissələrinə qədər yayılır. Hamiləlik müddəti artdıqca itirilən qan və xaric olan laxtaların həcmi də artır.

 

Formaları

 

   Natamam düşük   qarnın aşağı hissəsində yüngül ağrılar, zəif çəhrayı rəngli ifrazatın gəlməsi ilə başlayan əlamətlər getdikcə artır. Müəyyən vaxtdan sonra ifrazat artaraq qanlı xarakter daşıyır.

 

   Tam düşük   embrion və ya dölün onu əhatə edən qişalarla bərabər tam şəkildə uşaqlıqdan xaric olur. Düşük baş verdikdən sonra qanaxma və ağrılar azalır.

 

   Baş tutmayan düşük   embrion və ya döl uşaqlığın daxilində məhv olur və orada qalır, təsadüfi ginekoloj və ya ultrasəs müayinə nəticəsində aşkar edilir.

 

   Anembrioniya   mayalanma baş versə də, embrion əmələ gəlmir. Mayalanmış yumurta hüceyrə uşaqlıq divarına implantasiya olaraq, müəyyən vaxta qədər böyüyür, sonra  qoparaq qanaxmalara səbəb olur.

 

   Xorionadenoma   genetik informasiyanın pozulması nəticəsində mayalanma prosesində ciddi dəyişiklik yaranır, embrion əvəzinə ölçüləri daim böyüyən toxuma parçası əmələ gəlir. Nəticədə ya öz-özünə düşük baş verir, ya da proses tibbi göstərişlə dayandırılır.

 

Hamiləlik zamanı yaranan ən yüngül ağrı və ya qanlı ifrazat zamanı mütləq həkim ginekoloqa müraciət edilməlidir. Düşük təhlükəsi zamanı əsasən E vitamini qankəsici, uşaqlığın güclü spazmları zamanı spazmolitik təsir göstərən preparatlar təyin olunur, qarnın aşağı hissəsinə soyuq islatmalar qoyulur. Proses daha ciddi və təhlükəli olduqda stasionar müalicə aparılır.

 

     Reseptlər 

  • 2 hissə yaşıl çovdar zoğları, 2 hissə gülümbahar çiçəkləri, 1 hissə yersarmaşığı otu, 1 hissə gicitkən yarpaqları, 1 hissə düz qaytarmanın kökü qarışdırılır. Qarışıqdan 2 xörək qaşığının üzərinə 0,5 litr qaynar su əlavə edilir, 3 saat dəmlənir və süzülür. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 0,5 stəkan qəbul edilir.
  • 2 filtr-bağlama Profemin çayı 200 ml qaynar suda 15 dəqiqə dəmlənir. Güclü qanaxmalar zamanı gündə 3 dəfə  qəbul edilir.
  • 3 hissə şirin biyan kökü, 3 hissə andız kökü, 2 hissə qara qarağat meyvəsi, 1 hissə qaytarma kökü və 1 hissə gicitkən yarpaqları qarışdırılır. Qarışıqdan 2 xörək qaşığının üzərinə 0,5 litr qaynar su əlavə edilir, zəif ocaqda 15 dəqiqə dəmlənir, 20 dəqiqə soyudulur və süzülür. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 0,5 stəkan  qəbul edilir.
  • Hərəsindən 3 xörək qaşığı gülümbahar çiçəkləri və yarpaqları üzərinə 1 litr su əlavə edilir. Zəif ocaqda 0,5 litr maye qalanadək qaynadılır, soyudulur və süzülür. Gündə 3 dəfə yeməkdən əvvəl 1 fincan qəbul edilir.
  • 1 xörək qaşığı xırdalanmış başınağacı kökləri üzərinə 0,5 litr qaynar su əlavə edilir, zəif ocaqda 10 dəqiqə dəmlənir, soyudulur və süzülür. Gündə 3 dəfə 0,5 stəkan qəbul edilir.
  • 100 qram boymadərən və 50 qram qurdpəncəsi xırdalanıb toz halına salınaraq, qarışdırılır. Düşük təhlükəsi olan zaman hamiləliyin ilk günlərindən etibarən gündə 3 dəfə qarışıqdan 0,5 çay qaşığı qəbul edilir.

Aygün HÜSEYNOVA,

həkim-pediatr 

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem