HERBA FLORA







Pnevmoniya – ağciyər iltihabı və ya sətəlcəm – ağciyərlərin tez-tez təsadüf edilən xəstəliyidir.

 

Pnevmoniya daha çox yaşlılar, xronik xəstəliyi olanlar, xüsusilə uşaqlar və immun sistemi zəif olanlar üçün təhlükəlidir. Keçən əsrin axırlarınadək uşaqlarda ölüm törədən əsas xəstəliklərdən biri pnevmoniya hesab olunurdu.

 

 Etiologiya 

Streptococcus pneumoniae, Haemophilus influenzae, Mycoplasma pneumonia və Moraxella catarrhalis kimi mikroorqanizmlər xəstəliyi törədən əsas səbəblərdir. Yetkinlərdə olduğu kimi uşaqlarda da pnevmoniyanın ən çox yayılan səbəbi pnevmokokdur, daha az hallarda isə – Chlamydia psittaci və Klebsiella pneumoniae xəstəlik törədir.

Daha çox immunodefisitli xəstələrdə rast gəlinən atipik pnevmoniyaların törədicisi kimi Pneumocystis carinii, Cytomegalovirus, Nocardia spp, Mycobakterium, Staphylococcus aureus, Escherichia coli, Pseudomonas aeruginosa, Mycoplasma pneumoniae, Legionella pneumophyla və Coxiella burnetti mikroorqanizmlər aşkar olunur. Xəstəliyin ağırlığını və gedişatını bakterial flora təyin edir.

 

Yoluxmanın ən çox yayılan forması mikroorqanizmlərin ağciyərə bronxogen yolla düşməsi: nəfəs alma zamanı aspirasiya, patogen floranın burun boşluğu və tənəffüs sisteminin yuxarı hissəsindən ağciyərə keçməsidir. Törədicinin tənəffüs sisteminə hematogen yolla düşməsinə çox nadir hallarda təsadüf edilir və daha çox septik proseslər və narkomaniya ilə əlaqədar olur.

 

 Patogenez 

Yoluxmadan sonra hər hansı infeksion agentin alveolyar epiteldə fiksasiyası nəticəsində kəskin bronxit və ya bronxiolit inkişaf edir. Mikroorqanizmlərin epiteldən kanara yayılması ağciyərin iltihabına aparıb çıxarır. Bronxial keçidlər tutulduğundan atelektazemfizema ocaqları əmələ gəlir.

 

Reflektor olaraq orqanizm bronxları təmizləməyə çalışaraq öskürək və asqırıq yolu ilə infeksiyanı sağlam toxumalara yayır və pnevmoniyanın yeni ocaqları yaranır. Ağciyərlərdə eksudatın toplanması qanın oksigenizasiyasını ləngidir, yüngül hallarda tənəffüs, ağır hallarda isə ürək çatışmazlığı inkişaf edir. Daha çox sağ ağciyərin II, VI, X, sol ağciyərin isə VI, VIII, IX, X seqmentləri zədələnir və prosesə regional limatik düyünlər də qoşulur.

 

Pnevmoniyaya yoluxmağın risk faktorları xüsusi olaraq ayırd edilir:

– 65 və daha çox yaşı olanlar və kiçik yaşlı uşaqlar;

– QİÇS, xronik ürək-ağciyər, emfizema və diabet xəstəliyi olanlar;

– Dalaq çıxarılması əməliyyatı keçirənlər;

– Kimyəvi terapiya ilə immun sistemi zədələnənlər;

– İntensiv terapiya xəstələri;

– Kimyəvi maddələr və zəhərlərlə əlaqədə olan müəssisələrin işçiləri;

– Cərrahi əməliyyat keçirmiş xəstələr.

  Lakin cavan və sağlam olanlar da pnevmoniyaya tutula bilər.

 

Pnevmoniyanın bir çox növləri ağırlıq dərəcəsinə görə mərhələlərə bölünür. Bir çox hallarda pnevmoniya qəflətən başlayır və sinədə ağrı, uzunmüddətli yüksək temperatur, öskürək, bəlğəm ifrazı və təngnəfəslik kimi əlamətlərlə özünü büruzə verir. İnfeksiya əksər hallarda soyuqdəymə və qripin ağırlaşması kimi meydana çıxsa da, başqa xəstəliklərdən sonra və ya öz-özünə də əmələ gələ bilər.

 

 Müalicə 

Pnevmoniyanın ilkin əlamətləri aşkar edilən kimi dərhal həkimə müraciət edərək müvafiq müayinələrdən keçmək məsləhət görülür. Xəstəliyə diqqətsiz yanaşmaq onun ağırlaşmasına şərait yaradır və bu, həyat üçün çox böyük təhlükə törədir.

Həkim müayinəsinə döş qəfəsi orqanlarının radioloji müayinəsi və qan testləri daxildir.

Pnevmoniyanın müalicəsi xəstəliyin növündən asılı olaraq müxtəlif qrup antibakterial preparatlarla aparılır, lakin xəstəliyin etiologiyasından asılı olmayaraq immuniteti qaldıran təbii vasitələrdən istifadə etmək tövsiyə olunur.

 

Nurəngiz ABDULLAYEVA,

həkim-pediatr

 

        RESEPTLƏR   

  • 2 xörək qaşığı dəvədabanı yarpaqları 1 stəkan qaynar suda yarım saat dəmlənir və gündə 3 dəfə 1/4 stəkan qəbul edilir.
  • 2-3 ədəd əzvay yarpağı xırda doğranaraq şüşə qaba tökülür, üzərinə yarıbayarı qarışdırılmış şərab və bal qarışığı əlavə olunur. 10 gün qaranlıqda dəmlənəndən sonra süzülür və gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul olunur.

       Balla müalicə      

  • Hərəsindən 1 çay qaşığı bal və keçi piyi 1 stəkan isti süddə əridilir, süd soyuyandan sonra 1 ədəd çiy yumurta əlavə olunur, 1 ay gündə 3 dəfə qəbul edilir.
  • 0,5 kq bala bir o qədər də təbii kərə yağı və ya inək piyi, 5 xörək qaşığı şirin biyan kökünün tozu əlavə olunur, ocağa qoyularaq qaynama dərəcəsinə çatdırılır və dərhal ocaqdan kənara qoyulur. 250 ml konyak əlavə edilərək qarışdırılır və qarışıq qurtarana qədər gündə 3 dəfə 1 xörək qaşığı qəbul edilir.

      Kəsmikli təpitmə    

İsidilmiş 100 qram kəsmiyə 1 xörək qaşığı bal əlavə edilir və ürək nahiyəsini çıxmaq şərti ilə döş qəfəsinə təpitmə qoyulur.

 

      Şərbətlərlə müalicə 

Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl Bronxonat şərbəti və ya gündə 2 dəfə səhər acqarına və axşam yatmazdan qabaq keçibuynuzu bəkməzi qəbul edilir.

 

      Bitki yığıntıları       

  • Qaraqınıq otu, aptek çobanyastığı çiçəkləri, itburnu meyvələri, bağayarpağı, biyan kökləri və ballıca (öfkəotu) bərabər miqdarda qarışdırılır, qarışıqdan 2 xörək qaşığının üzərinə yarım litr qaynar su əlavə olunur, 10 dəqiqə vam ocaqda qaynadılır, kənara qoyularaq 2 saat dəmlənir. Süzüləndən sonra gündə 3-4 dəfə 1/3 stəkan içilir.   
  • 2 filtr-bağlama Teabronx çayı 1 stəkan qaynar suda dəmlənir və gündə 3-4 dəfə 1 stəkan qəbul edilir.

      Əncir qurusu         

2 ədəd iri əncir qurusu 1 stəkan südə əlavə olunur və 15 dəqiqə vam ocaqda bişirilir, gündə iki dəfə ilıq şəkildə 1 stəkan qəbul edilir.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem