HERBA FLORA







 

Göz travmatizmi problemləri çox aktualdır. Baş vermə şəraitinə görə göz travmatizmi sənaye, kənd təsərrüfatı, məişət, uşaq kimi növlərə bölünür. Xüsusi yeri hərbi travmatizm tutur. Göz yuvasının, gözün əlavə aparatının, göz almasının travmaları ayırd edilir.

Göz alması birbaşa və dolayı yolla zədələnə bilir. Birbaşa zədələnmələr göz alması divarlarına bilavasitə təsirlə, dolayı zədələnmələr isə ondan uzaq sahəyə dəyən zərbə nəticəsində meydana çıxır.

Göz yuvası zədələnmələrini törədən səbəblər müxtəlifdir: ağır əşya ilə zərbə, yıxılarkən əzilmə, partlayış dalğası ilə əzilmə, yad cisimlərin daxil olması və s. Göz yuvası divarlarının sınıqları açıq və qapalı olur.

Göz almasının zədələnmələri izolə olunmuş və ya kəllə zədələnmələri ilə müştərək ola bilir. Göz yuvası divarlarının zədələnmələri sümük qırıntılarının aralanması ilə müşayiət oluna bilər. Bu zaman göz alması göz yuvasına batır. Buna travmatik enoftalm deyilir. Göz alması divarlarının qırıntıları bir-birinin üzərinə çıxdıqda göz alması önə qabarır, bu isə travmatik ekzoftalmdır. Retrobulbar qansızmalarda, göz yuvası toxumasının ödemində də ekzoftalm müşahidə olunur. Göz yuvasının üst divarının zədələnməsində alın cibi və beyin maddəsi də zədələnə bilər.

 

Hər iki göz yuvasının qəlpə və ya güllə ilə köndələn yaralanmaları göz almalarının ağır zədələnmələrinə səbəb olur. Əgər yara kanalı göz yuvası zirvəsinə yaxın yerləşərsə, hər 2 görmə siniri, bəzən də beyin toxuması zədələnir. Belə zədələnmələr görmə itiliyinin kəskin azalması və ya daha çox korluqla nəticələnir. Göz yuvası travmalarında çox zaman göz almasının əzələ aparatı da zədələnir və nəticədə diplopiya – ikigörmə əmələ gəlir, həmçinin qapaq əzələləri də zədələnə bilər.

 

Orbita zədələnmələrində görmə sinirinin qopması, cırılması və ya qansızmalar, sümük qırıntıları ilə sıxılması baş verə bilər. Görmə siniri travmasının xarakterindən, lokalizasiyasından asılı olaraq oftalmoskopiyada müəyyən dəyişikliklər baş verir. Görmə sinirinin zədələnmiş sümük kanalda sıxılması zamanı görmə itiliyi ani olaraq kəskin azalır, əvvəlcə göz dibində dəyişiklik olmaya bilir. Daha sonra görmə siniri diskinin atrofiyası aşkar olunur.

 

Travma zamanı göz yuvasına, hətta burunətrafı ciblərə, beyinə də girə bilən yad cisimlər daxil ola bilir. Göz yuvasının sümük divarlarının zədələnməsi osteomielitlə ağırlaşa bilər.

 

Göz yuvası travmalarının kəllə, beyin toxuması zədələnmələri ilə birgə baş verdiyini nəzərə alaraq, xəstələrin müayinəsi zamanı beyin əlamətlərinə diqqət yetirmək lazımdır Xəstədə huşun itməsi, qusma, retroqrad amneziya, ifliclər, parezlər və s.müşahodə oluna bilər.

 

Göz yuvası zədələnməsi olan xəstələr stasionara göndərilir. Ambulator şəraitdə profilaktik tədbirlərlə kifayətlənilir - tetanus əleyhinə zərdab vurulur, əzələdaxili antibiotiklər təyin olunur, aseptik sarğı qoyulur. Göz yuvasının yüngül zədələnmələri və ya göz yuvası sümüklərinin sınığı və ya çatına şübhə olan xəstələrdə bütün diaqnostik imkanlar – rentgenoqrafiya, otorinolarinqoloqun müayinəsi vacibdir.

 

Xəstələrin görmə itiliyinin zəifləməsi və ya qəflətən baş verən korluq kimi şikayətlərinə diqqət yetirmək önəmlidir. Belə hallar görmə sinirinin sümük kanalının zədələnmələrində xüsusilə tez-tez rast gəlinir.

Göz qapaqlarının küt travmalarında dərialtı, dəriiçi və konyuktivaaltı qansızmalar müşahidə olunur.

 

Qapaqların asan gərilən dərisi və kövşək dərialtı toxuması qanın yayılmasını asanlaşdırır. Buna görə də bir göz qapağı zədələndikdə qan digər qapağa yayılır. Bilavasitə əzilmədən sonra meydana çıxan qansızma qapaq damarlarının zədələnməsi ilə əlaqədardır. Əgər qansızma travmadan bir neçə saat və hətta bir neçə gün sonra meydana çıxarsa, bu, orbitanın və ya kəllənin zədələnməsini göstərir. Bu hal bəzən döş qəfəsinin sıxılmasından sonra baş verir. Kəllə əsasının sınığında travmadan bir sutka və daha çox keçdikdə qapaq dərisi altına xarakter qansızma – “eynək” simptomu meydana çıxır.

 

Elnarə MƏMMƏDOVA

həkim-oftalmoloq

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem